SON DƏQİQƏ
» » Maneələrin müvəqqəti olduğuna qəti inanırıq

Maneələrin müvəqqəti olduğuna qəti inanırıq

Tarix:

20-01-2021, 15:33

/ 5 139 dəfə oxundu.
Maneələrin müvəqqəti olduğuna qəti inanırıq


 

Ən düzgün qərar reallığa uyğun qəbul edilən qərardır. 10 noyabr bəyanatı olmasaydı

Naxçıvan dəhlizi də olmayacaqdı

 

Azərbaycan xalqının, o cümlədən mövqeyindən asılı olmayaraq, demək olar ki, bütün siyasi partiyaların Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun ətrafında sıx birləşməsi, 44 gün çəkən Vətən Müharibəsində möhtəşəm qələbə qazanaraq, 30 ilə yaxın yağı düşmənin tapdağı altında olan ərazilərimizin mütləq əksəriyyətinin azad edilməsi ilə nəticələndi. Əldə etdiyimiz möhtəşəm qələbə Azərbaycanımızın ərazi bütövlüyünün de-yure bərpasını təmin etsə də, təəssüf ki, "sülhməramlı” adı altında Rusiya qoşunlarının Daqlıq Qarabağa yeridilməsi bütün ərazimizdə süverenliyimizin de-fakto təmin edilməsinə müəyyən maneələr yaratmaqdadır. Biz, Azərbaycan dövləti və xalqı olaraq bu maneələrin müvəqqəti olduğuna qəti inanırıq və heç kəsin buna şübhəsi olmasın! Təbiidir ki, "sülhməramlı” adı altında Rusiya qoşunlarının Dağlıq Qarabağa soxulmasına həm xalqımızın, həm də, əsasən müxalifət partiyalarının münasibəti birmənalı deyildir, əksəriyyət onları işğalçı hesab edir və haqlıdırlar da. "Sülhməramlılara” bu cür münasibətin formalaşması birbaşa onların davranışı ilə bağlıdır. Məlumdur ki, 10 noyabr 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayayandırılmaı ilə bağlı Aərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş Naziri Nikol Paşinyan və RF Prezidenti Vladimir Putin tərəfindən üç tərəfli bəyanat imzalanmışdır. Bəyanatın 3-cü bəndinə uyğun olaraq Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu RF-nın sülh məramlı adı altında 1960 sayda odlu silahlı hərbi qulluqçularının və müəyyən sayda hərbi texnikanın yerləşdirilməsi nəzərdə tultulmuşdur. Bəyanatda həmçinin erməni silahlı qüvvələrinin regiondan çıxarılması, daxili məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmaları nəzərdə tutulur. Ancaq reallıqda bunların heç birinə əməl olunmur. Reallıq ondan ibarətdir ki, Rusiya Dağlıq Qarabağda özünü sülhməramlı kimi yox, işğalçı kimi aparır. Bu əraziyə, müxtəlif adlar altında bəyantda nəzərdə tutulduğundan xeyli çox silahlı qüvvələr cəlb edib; erməni silahlı qüvvələrinin ərazimizdə hələ də qalmasına nəinki göz yumur, hətta onlara himayəçilik edir; "fəaliyyətlərini” qondarma "arsax”ın cinayətkar "rəhbərləri” ilə koordinasiya edir; Azərbaycanın etirazlarına baxmayaraq Ermənistan yetkililərinin, xaricilərin Dağlıq Qarabağa səyahətlərini təşkil edir; ərazidə məsgunlaşmış və zorla Ermənistandan gətirdikləri ermənilərə hümanitar yardımlar göstərir, onlar üçün evlər tikir, məktəblər, xəstəxanalar açır; sülhməramlıların mandatına uyğun olmayaraq zəbt etdiyi ərazilərdə təmir-bərpa işlərini həyata keçirir; Azərbaycanın qəti etirazına baxmayaraq ermənilərə hansısa status veriləcəyini vəd edir və s. Bu günlərdə RF Xarici İşlər Naziri S.Lavrov

jurnalistlərin suallarına cavab olaraq bildirmişdir ki: "Dağlıq Qarabağla bağlı məsələ region ölkələri (?), ilk növbədə, Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. ...Üç ölkə lideri 9 noyabr bəyanatında Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin üstündən keçərək bunu gələcəyə saxlamağa qərar verib. Çünki bu məsələdə Bakı ilə Yerevan arasında ciddi fikir ayrılığı var. Qarabağın statusu ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır”(?).

Bunlarla yanaşı "sülhməramlılar” azərbaycanlı köçkünlərin Dağlıq Qarabağa qayıdışına hər vəclə mane olurlar, yerləşdikləri ərazilərdə Azərbaycanın mülki hakimiyyətinin qurulmasına imkan vermirlər, bu əraziləri Azərbaycanın yox, Rusiyanın və qondarma "arsax”-ın "qanunları” ilə idarə edirlər; Azərbaycanın qəti etirazına baxmayaraq, S.Lavrovun timsalında,"Ermənistan yetkililərinin Dağlıq Qarabağa maneəsiz gəlişində heç bir maneə olmadığını” bəyan edirlər və s. Bütün bunlar nəzərə alınaraq Rusiya "sülhməramlılarının” Dağlıq Qarabağa yeridilməsinə imkna verən 10 noyabr 2020-ci il bəyanatının imzalanmasının Azərbaycanın mənafelərinə tam uyğun olmadığını qeyd edənlər ilk baxışda haqlıdırlar. Ancaq bir şeyi untmamaq lazım: ən düzgün qərar reallığa uyğun qəbul edilən qərardır! Reallıq isə bunlardan ibarətdir: Rusiya xarici siyasətində həmişə beynəlxalq hüquqa deyil, gücə arxalanan təcavüzkar dövlətdir; hələ də, keçmiş sovet respublikalarını

öz təsir dairəsində saxlamağa çalışır, buna "xoşla” nail olmadıqda gücdən istifadə edir. Rusiya Gürcüstanın ərazi bütövlüyünə qəsd edib Abxaziyanı, Cənubi Osetiyanı işqal edib "özününkiləşdirdikdə”, Ukrayna ərazilərini işğal edib qondarma "Donetski Xalq Respublikasını”, qondarma "Luqanski Xalaq Respublikasını” quranda kim ona mane ola bildi?

Məlumdur ki, SSRİ dağıldıqdan sonra nüvə silahlarının bir hissəsi Ukrayna ərazisində qalmışdı və bu, Rusiyanı, eələcə də, ABŞ-nı, Böyük Britaniyanı "narahat edirdi”. Buna görə də onların təkidi ilə Ukrayna nüvə silahıdan imtina etməyə məcbur edildi. Nəticədə nüvə silahından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyünə təminat verilməsinə dair 5 dekabr 1994-cü ildə Böyük Britaniya, Rusiya, ABŞ və Ukrayna Budapeşt Memorandumu imzaladılar. Memorandiumun 2-ci bəndində qeyd edilir ki: "Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Amerika Birləşmiş Ştatları Ukraynanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid və ya güc tətbiq etməyəcəklərinə və silahlarının heç birinin Ukraynaya qarşı istifadə olunmayacağına zəmanət verirər...”. Amma nə oldu? Ukraynanın ərazi bütövlüyünə "zəmanət verən” Rusiya ona təcavüz edəndə digər iki "zəmanətçilər” harada idi?

İndi gəlin 10 noyabr 2020-ci il bəyanatının imzalandığı real şəraiti nəzərdən keçirək. Azərbaycan ordusu sürətlə irəliləyib torpqaqlarımızı erməni faşistlərindən azad edirdi. KİV-də yayılan məlumatlara görə Rusiya Pprezidenti V.Putin dəfələrlə Azərbaycan ordusunun irəliləməsinə mane olmağa cəhd etmişdi və bununla əlaqədar həm Azərbaycan, həm də Ermənistan rəhbərlərinə müraciət etmişdi. Amma müxtəlif səbəblərdən buna nail olmadığını, Azərbaycanın Dağlıq Qarabağı təmamilə azad etmək ərəfəsində olduğunu, bunun nəticəsində Cənubi Qafqazdan birdəfəlik çıxmaq perspektivi ilə qarşılaşacağını gördükdə, yenə də, "ənənəsinə” sadiq qalaraq təcavüz üçün bəhanəyə əl atdı, Ermənistan ərazisində Rusiyaya məxsus "sülhməramlı kontingenti müşayət edən”(?) helikopterin vurulmasını təşkil etdi! Bununla da, Azərbaycan ərazisinə təcavüz etmək üçün "tutarlı fakt” əldə etmiş oldu! 10 noyabr 2020-ci il bəyanatının imzalanmasının yanlış olduğunu, müharibənin tam qələbəyədək davam etdirilməli olduğunu düşünənlərə müraciət edirəm: bu "tutarlı fakdan” istifadə edərək Rusiya Azərbaycana təcavüz etsəydi və biz bu təcavüzkar dövlətlə hərbi münaqişəyə girsəydik Dağlıq Qarabağın hazırda "sülhməramlıların” nəzarəti altında olan ərazilərimizi azad edə biləcəkdikmi? Belə olduqda müharibə dalğası ölkəmizin digər əraizilərinə yayılmayacaqdımı? Deyə bilərlər ki, Tükiyə amili var və buna görə Rusiya Azərbaycana təcavüz etməyə cəsarət etməzdi. Biz türk qardaşlarımızın Vətən Müharibəsində Azərbaycan verdiyi hərtərəfli dəstəyi yüksək qiymətləndirirk. Bu dəstək olmasaydı bizim qələbəmiz də çox çətin olardı. Amma Türkiyənin imkanlarını, onun Rusiya ilə yeni bir cəbhədə qarşı-qarşıya gəlməkdə maraqlı olmadığını da nəzərdən qaçırmaq olmaz, hərçənd qəti əminik ki, bu baş versəydi Türkiyə seyiçi qalmayacaqdı. Amma "nəyin nə vaxt edilməli olduğunu yaxşı bilən” Azərbaycan Prezidenti İlham Əliyevin qeyd edilən bəyanatı imzalamamışdan əvvəl Türkiyə Prezidenti cənab Ərdoğanla məsləhətləşdiyinə əminəm. Və hesab edirəm ki, regionda yaranmış real vəziyyət nəzərə alınaraq 10 noyabr bəyanatının imzalanması yeganə dügün qərar idi və bu Azərbaycanımızı daha böyük bəlalardan hifz etmiş oldu. Bir məsələni də nəzərdən qaçırmaq olmaz. Hesab edək ki, 10 noyabr bəyantı imzalanmasaydı və biz dana çox canlı qüvvə itkisinə məruz qaalaraq Dağlıq Qarabağımızı təmamilə erməni vandallarından azad edə, onları birdəfəlik və həmişəlik torpaqlarımızdan qova bilərdik. Amma bu zaman həm bizim üçün , həmdə Türkiyəmiz üçün çox vacib olan Naxçıvan dəhlizi də olmayacaqdı, bizim, bizə qarşı münasibətdə Ermənistandan "heç də geri qalmayan” İrandan asılılığımız da davam edəcəkdi. Torpaqlarımızın çox hissəsinin azad edilməsi və Naxçıvan dəhlizinin açılması Azərbaycanın əldə etdiyi ən böyük nəaliyyətdir. O ki, qaldı "sülhməramlıların” yerləşdiyi əraizilərimizə-biz onları da mütləq azadəq edəcəyik! Sadəcə bunun müəyyən zamana eytiyacı var!

 Teyyub Qənioğlu
Təkamül Partiyasının sədri
скачать dle 12.1

Şərhlər