SON DƏQİQƏ
» » Revanşizm hissləri Ermənistana baha başa gələ bilər

Revanşizm hissləri Ermənistana baha başa gələ bilər

Tarix:

19-01-2021, 08:14

/ 4 235 dəfə oxundu.
Revanşizm hissləri Ermənistana baha başa gələ bilər

Partiya sədri: «Cıdır düzündə paxlavalı çay süfrəsinin təşkili düşmənə və onun havadarlarına sözün əsl mənasında göz dağı idi»

 

«Dövlətimizin başçısı dən İkinci Qarabağ savaşı zamanı möhtəşəm bir ənənənin, yeni davranış tərzinin, cəmiyyətlə yeni ünsiyyət formasının əsasını qoymuşdu. Həmin vaxt Prezident demək olar ki, hər gün bu və ya digər şəhərimizin, qəsəbəmizin, kəndimizin, strateji yüksəkliklərimizin düşmən işğalından azad edilməsi barədə "tvit”lər paylaşırdı. Bu, gündəlik ənənəyə çevrilmişdi və insanlarımız da hər gün Prezidentin növbəti qələbə "tvit”lərini xüsusi səbirsizliklə gözləyirdilər. Doğrudan da çox gözəl ənənə idi». Bunu "Azad Azərbaycan"a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bildirdi.

O, qeyd etdi ki, Prezident İlham Əliyev son zamanlarda daha bir ənənənin də əsasını qoyub. Belə ki, dövlət başçısı xanımı ilə birlikdə işğaldan azad edilmiş rayonlarımıza vaxtaşırı səfərlər edir, həmin yerlərdən millətə və dünyaya, qonşularımıza, dostlarımıza, düşmənlərimizə bir-birindən önəmli, vacib mesajlar verir: «Bu da artıq növbəti ənənə halını almaqdadır. Biz heç şübhəsiz ki, Prezidentin bu taktikasını təqdir edirik. Prezident bu yeni ənənənin növbəti səhifəsini çevirdi, Şuşaya səfər etdi. Bu səfər sözün əsl mənasında hadisəyə çevrildi. İndi təkcə Azərbaycan mediası yox, dünyanın xəbər agentlikləri də bu səfərin məqamları barədə danışır və ya yazırlar».

Partiya sədri bildirdi ki, bu səfərlər azərbaycanlıların Qarabağa Böyük Qayıdışının möhtəşəm və əbədi olacağını göstərmək baxımından da əhəmiyyətlidir: «Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin 30-cu ili tamamlanarkən İlham Əliyevin Şuşaya gedən ilk Prezident kimi verdiyi ismarıclar, atdığı addımlar, etdiyi ziyarətlər Dağlıq Qarabağ separatçılarının, Ermənistan rəhbərlərinin, xaricdən gələn cürbəcür ermənipərəst alimlərin, siyasətçilərin, blogerlərin son illərdə Şuşa üzərindən bizim milli qürururmuzu aşağılamağa hesablanan hərəkətlərinin, bizə meydan oxumalarının hamısının əvəzini çıxdı. Hətta Cıdır düzündə paxlavalı çay süfrəsinin təşkili də düşmənə və düşmənimizin havadarlarına sözün əsl mənasında göz dağı idi. Prezident bütün bunları dəqiq hesablamışdı".

Ə.Hüseynov vurğuladı ki, İlham Əliyevin Şuşadakı hər bir hərəkəti, hər addımı, hər sözü bir ismarıc, xəbərdarlıq, bir nida idi: «Prezident bildirdi ki, bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar, lakin onlar dəmir yumruğu unutmamalıdırlar. Revanşizm hissləri Ermənistana baha başa gələ bilər. Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, Azərbaycanın dəmir yumruğunu bir daha görəcək. Prezident əvvəlki çıxışlarında da revanşistlərə xəbərdarlıq etmişdi. Lakin dövlət başçısının bu dəfə bu xəbərdarlığı məhz Şuşadan – son 27 ildə ermənilərin hər cür vasitələrlə "erməniləşdirməyə” çalışdıqları tarixi Azərbaycan şəhərindən etməsi tamamilə fərqli anlam daşıyır və daha böyük təsir gücünə malikdir. 27 il işğal altında qalandan sonra Azərbaycan Ordusunun Şuşanı savaş yoluyla azad etməsi revanşistlərə ən yaxşı cavabdır və Prezident də çıxışlarında bunu birmənalı şəkildə vurğuladı».

Partiya sədri əlavə etdi ki, düşmən ölkədə Azərbaycanın dövlət başçısının ismarıclarını, xəbərdarlıqlarını doğru-düzgün dəyərləndirən, rasional yanaşma sərgiləyən fərdlər və qüvvələr də var. Bu isə bir daha onu göstərir ki, deməli, Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi fikirlər, etdiyi xəbərdarlıqlar tam hədəfinə dəyib: «Bəli, ermənilər bu gün miskin və məğlub Nikol Paşinyanın, hakimiyyətə can atan Vazgen Manukyan, Edmon Marukyan kimi revanşistlərin, yenidən səfir olmağın xiffətini yaşayan Mikael Minasyan (Serj Sarkisyanın kürəkəni) kimi xəyalpərəstlərin xəstə təfəkküründən doğan zəhərli fikirləri deyil, məhz İlham Əliyevin ismarıclarını, xəbərdarlıqlarını müzakirə etməlidir. Onlar bu ismarıclardan düzgün nəticələr çıxarmalı, ağıllı mövqe nümayiş etdirməlidirlər ki, Lena Nazaryan demişkən, region sonda nəhayət insani sifətə malik olsun. Ermənilər öz faşist mahiyyətlərindən, millətçi hədəflərindən, revanşist çağırışlarından əl çəkib insanlığa qayıtmalı, insani sifət almalıdırlar».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ