SON DƏQİQƏ
» » Partiya sədri:"Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir"

Partiya sədri:"Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir"

Tarix:

14-01-2021, 08:04

/ 3 480 dəfə oxundu.
Partiya sədri:"Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir"

Partiya sədri: «Ermənistan bir dövlət kimi var olmaq istəyirsə, Azərbaycanın regionda yaratdığı yeni iqtisadi reallıqlara qoşulmalıdır»
«Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət və hökumət başçılarının imzaladığı üçtərəfli bəyanat ölkəmizin Vətən Müharibəsindəki qələbəsini rəsmiləşdirməklə yanaşı, Cənubi Qafqaz regionunda yeni siyasi-iqtisadi reallıqlar yaratdı. Ortaya çıxan bu yeni reallıqlar bölgədə sülhün və təhlükəsizliyin təmin ediləcəyi təqdirdə iqtisadi inkişaf üçün əsaslı zəminlər yaradır. Çünki bəhsi gedən regionun coğrafi yerləşimi dünyanın logistik qovşağının tam mərkəzidir». Bunu "Azad Azərbaycan"a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, bu gün Avropa və Asiya, Şimal və Cənub üçün ən səmərəli iqtisadi inteqrasiya plaftforması məhz Cənubi Qafqazdır. Azərbaycan isə bu iqtisadi reallığın güc mərkəzi statusunda çıxış etməkdədir: «Dünənə qədər yalnız regionun lideri idiksə, bu gün artıq bölgənin əsas iqtisadi aktoru sayılırıq. Bu isə özlüyündə iqtisadi layihələrin təşəbbüsü və reallaşması ilə yanaşı həm də onun təhlükəsizliyinin və rentabelliyinin təmini istiqamətində Azərbaycanın gücündən müsbət mənada istifadə edilməsini aktullaşdırır. Yanvarın 11-də Moskvada baş tutan üçtərəfli görüş məhz bu yeni situasiyanın müzakirəsi, müharibədən sonrakı Cənubi Qafqazın iqtisadi potensialının səmərəliliyi və ən əsası təhlükəsizliyi, o cümlədən yeni mərhələnin başlanğıcı kimi olduqca mühüm əhəmiyyət daşımaqdadır».
Ə.Kazımova hesab edir ki, Moskva səfəri Azərbaycan Prezidentinin növbəti diplomatik qələbəsidir: «Azərbaycan, Rusiya və Ermənistan dövlət və hökumət başçılarının Moskva görüşü və görüşün nəticəsi kimi meydana çıxan bəyanat haqqında danışarkən vurğulanmalı olan ilk məqam, odur ki, Moskva səfəri Azərbaycan Prezidentinin növbəti diplomatik qələbəsidir. Bu bəyanat bir daha təsdiq edir ki, regionun gələcək inkişaf perspektivi iqtisadi əməkdaşlığın həyata keçirilməsindən asılıdır».
Partiya sədri qeyd edib ki, 11 yanvar bəyanatında regionun bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsi, o cümlədən üçtərəfli işçi qrupun yaradılması və gələcəkdə reallaşdırılması nəzərdə tutulur. Bu mənada sənədi bölgənin gələcək inkişaf konsepsiyası da adlandıra bilərik: «Eləcə də, bəyanata əsasən 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısının və reallaşdırılmasının qrafikinin hazırlanması ilə bağlı məsələ həm də illərdir ki, bir-birindən ayrı düşmüş Azərbaycan-Naxçıvan-Türkiyə quru xəttinin yaranması deməkdir».
Ə.Kazımova bildirib ki, Azərbaycan-Naxçıvan-Türkiyə quru xətti olduqca vacib əhəmiyyətli bir nəqliyyat-kommunikasiya xəttidir: «Əminliklə bildirirəm ki, bu xətt gələcək illər üçün dünyada
ən yüksək potensiallı yükdaşıma trayektoriyasına da çevrilə bilər. Məsələyə siyasi tərəfdən yanaşdıqda isə, görüşün mənzərəsi bir daha 10 noyabr reallığını ortaya qoyur. Prezident İlham Əliyevin qətiyyətli və qalib sərkərdə, dövlət başçısı kimi regionun gələcək inkişafı istiqamətində iradə nümayişl etdirir. Xatırlayırıqsa, hələ 10 dekabr Zəfər paradından sonra cənab Prezident bildirdi ki, ortaya çıxmış iqtisadi-siyasi reallıqlar bölgədə yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirə bilər. Bu mənada Moskvada qəbul edilən bəyanat məhz gələcək iqtisadi inkişafın təməli kimi dəyərləndirilməlidir".
ASRP sədri onu da vurğulayıb ki, məğlub tərəf kimi Ermənistan bu gün sosial-iqtisadi, ən əsası isə siyasi faciələrin bir addımlığındadır. Ermənistan bir dövlət kimi var olmaq istəyirsə, Azərbaycanın regionda yaratdığı bu yeni iqtisadi reallıqlara qoşulmalı və hər hansı bir məsuliyyətsiz təxribata yol verməməlidir. Əks halda, bu ölkə ən böyük pisliyi özünə etmiş olacaq».
Ə.Kazımova deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırki durumda öz hakimiyyətini qorumaq üçün müəyyən uğursuz siyasi manevrlər etməyə çalışır ki, bu da yalnız onların daxili arenasına hesablanıb: "Görüşün nəticəsi olaraq ortaya çıxan sənəd göz önündədir və orada Ermənistanın dövlət rəhbərliyinin səsləndirməyə çalışdığı qeyri-real, əsassız və məsuliyyətsiz fikirlərin heç biri yer almayıb. Nikol Paşinyanın hazırda ən əsas məqsədi öz siyasi rəqibləri olan müxalifətlə apardığı mübarizədən qalib ayrılmaqdır. Bunun üçünsə, Azərbaycanın ona yaratdığı iqtisadi imkandan istifadə edə bilər. Ermənistan anlamalıdır ki, bu iqtisadi imkanlar onların gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Çünki hazırda bu ölkədə bütün sferalar üzrə yaşanan faciələrdən yeganə çıxış yolu bölgənin inkişaf perspektivinə hesablanmış və bütün region ölkələrinin mənafelərinə uyğun olan iqtisadi, kommunikasiya, əməkdaşlıq məsələlərinin reallaşdırılmasıdır".
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ