SON DƏQİQƏ
» » Gorusdakı bu ərazilər Azərbaycanın nəzarətinə keçdi

Gorusdakı bu ərazilər Azərbaycanın nəzarətinə keçdi

Tarix:

29-12-2020, 21:50

/ 1 377 dəfə oxundu.
Gorusdakı bu ərazilər Azərbaycanın nəzarətinə keçdi

Ermənistanın Sünik vilayətinin Gorus rayonunda 12 bina və tikili Azərbaycanın nəzarətinə keçib.

GunAz.az xəbər verir ki, bunu Gorus merinin müavini İrina Yolyan deyib.

Yolyanın sözlərinə görə, 12 tikilidən 3-ü yaşayış evidir:

"Sakinlər əmlaklarını çıxarıblar. Evlərlə yanaşı, yerli bağçılıq müəssisələrindən biri tərəfindən inşa edilmiş tikililər də Azərbaycana veriləcək. Azərbaycanlılar artıq bu ərazidədir. Məlumat var ki, onlar orada başqa nişan qoymaq istəyirlər”, - Yolyan bildirib.

Qeyd edək ki, ərazilərimiz işğal altında saxlanıldığı zaman ermənilər sərhədi qabağa çəkib və burda həm məskunlaşıb, həm də torpağımızı istismar ediblər. Hazırda Ordumuz sərhədlərimizi bərpa edir.

Gorusdakı Şurnux kəndindəki 12 binanın da Azərbaycan ərazisinə düşdüyü bildirilmiş və o binaları boşaltmaq üçün Ordumuz ermənilərə bir neçə saat vaxt vermişdi.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ