SON DƏQİQƏ
» » Dağlıq Qarabağda ermənilərə hansısa statusun verilməsi gözlənilmir

Dağlıq Qarabağda ermənilərə hansısa statusun verilməsi gözlənilmir

Tarix:

29-12-2020, 11:12

/ 5 721 dəfə oxundu.
Dağlıq Qarabağda ermənilərə hansısa statusun verilməsi gözlənilmir

Partiya sədri: «Rusiya başa düşür ki, yaranmış mövcud şəraitdə Dağlıq Qarabağ ermənilərinə hansısa statusun verilməsinə təkbaşına nail olmaq iqtidarında deyil»

 

«Azərbaycan Ordusunun işğal altındakı əzəli və əbədi torpaqlarımızın yağı düşməndən 44 gün ərzində azad etməsi, ardınca atəşkəs haqqında məlum üçtərəfli sazişin imzalanması Azərbaycan xalqının, eləcə də, bizləri sevən türk qardaş və bacılarımızın, dostlarımızın hədsiz sevincinə səbəb olmaqla yanaşı, "sülhməramlı" adı altında Rusiya silahlı qüvvələrinin ərazimizə soxulması bəzi narahatçılıqlar doğurmaqdadır». Bunu «Azad Azərbaycan»a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirdi.

Onun sözlərinə görə, baş verən hadisələr göstərir ki, Rusiyanın Azərbaycan türklərinə, Azərbaycana mənfi münasibəti əsrlər boyunca dəyişməmişdir. 200 il bundan əvvəl Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) sülh müqavilələrinə istinad edərək erməniləri Azərbaycan ərazilərinə köçürən, əvvəl bizim torpaqlarımızda qondarma erməni vilayəti, sonra "dövləti" yaradan ruslar, indi də erməniləri mütəşəkkil şəkildə, sürətlə Dağlıq Qarabağa köçürməkdədir. Məqsəd bu ərazidə ermənilərə hansısa status verilməsinə nail olmaq, beləliklə də, əbədi olaraq (!?) Azərbaycanda qalmaq üçün bəhanə əldə etməkdir. Çünki yaxşı bilirlər ki, nə qədər ki, buradadırlar azərbaycanlılar və ermənilər arasında normal münasibətlərin yaranmasına imkan verməyəcəklər. Belə bir imkanın yaranacağının işartıları sezilərsə, onu dərhal söndürəcəklər.

Partiya sədrinin bildirdiyinə görə, Rusiya başa düşür ki, yaranmış mövcud şəraitdə Dağlıq Qarabağ ermənilərinə hansısa statusun verilməsinə təkbaşına nail olmaq iqtidarında deyil. Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin status barədə dediklərini yaxşı bilir. İlham Əliyev qəti şəkildə bildirib ki, nə qədər ki, Prezidentdir, Dağlıq Qarabağda ermənilərə heç bir status verilməyəcək! Ancaq, buna rəğmən Rusiya öz məqsədindən vaz keçmək niyyətində deyil. Ona görə də, hər fürsətdə həm prezident V.Putin, həm də digər rus yetkililəri Dağlıq Qarabağda ermənilərə statusun veriləcəyi anonsunu qabardırlar və buna təkbaşına deyil, digər türk düşmənləri ilə birlikdə nail olmağa ardıcıl səy göstərirlər.

T.Qənioğlu qeyd etdi ki, Rusiyanın RİA Novosti agentliyinin bu günlərdə yaydığı məlumata görə Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko Dağlıq Qarabağın perspektiv statusundan danışarkən deyib ki, "Dağlıq Qarabağın statusu üçün əlavə danışıqlar tələb olunur (?). Biz şübhəsiz ki, ATƏT-in, Fransa prezidentinin, ABŞ prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə cəlb olunan digər dövlətlərin səylərinə ümid edirik (!). Hələ qarşıda çox çətin işlər var, amma əsas şey əldə edilib (yəni demək istəyir ki, Dağlıq Qarabağa kifayət qədər erməni köçürmüşük!). Ermənilərə Azərbaycana aid olan ərazilərin qaytarılmasını təyin edən beynəlxalq sənədlərin icrası başlandı (!?). Bu, onu göstərir ki, burada Rusiya əsas rol oynadı”. Bəli, doğrudur, Rusiya yenə də öz mənfi rolunu oynayır. Bu zaman atəşkəs haqqında 10 noyabrda imzalanmış sazişin boşluqlarından istifadə edir. Məhz bu sənəddəki boşluqlar Rusiyaya Dağlıq Qrabağda "sülhməramlıların" mandatına uyğun gəlməyən "fəaliyyət" həyata keçirməyə, burada özünü rus torpaqlarındakı kimi aparmağa "imkan verir".

Partiya sədri əlavə etdi ki, bunu Rusiyaya "başa salmaq" üçün qardaş Türkiyə ordusunun Azərbaycana dəvət edilməsini, onun təkcə Ağdamda deyil, Şuşada, Xocavənddə, Xankəndində yerləşdirilməsini tezləşdirmək, "sülhməramlıların" yerləşdiyi bütün ərazilərdə Azərbaycan bayrağını ucaltmaq, bu ərazilərdə Azərbaycanın mülki hakimiyyətinin bərpasını tezləşdirmək lazımdır! Bura Azərbaycan ərazisidir. Azərbaycan dövlətinin bu ərazilərdə öz hakimiyyətini bərpa etmək hüququnu heç kim ala bilməz!

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ