SON DƏQİQƏ
» » Artıq ermənilər səs-küy qaldıra bilməyəcək

Artıq ermənilər səs-küy qaldıra bilməyəcək

Tarix:

12-11-2020, 08:43

/ 3 443 dəfə oxundu.
Artıq ermənilər səs-küy qaldıra bilməyəcək

Araz Əlizadə: "Rus ordusunu düşmən səngərində görməkdənsə sülhməramlı kimi gəlməsi daha məqsədəuyğundur"

«Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan birgə bəyanat imzaladı. Bu sazişdə Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi öz təsdiqini tapdı». Bunu "Azad Azərbaycan"a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəbildirib.

Onun sözlərinə görə bu labüd idi, çünki torpaqlarımızı azad edib qurtardıqdan sonra ermənilər partizan hərəkatı yaradaraq hərəkətə keçəcəkdilər: «Artıq bu məsələ keçdi rusların ixtiyarına. Burada əlbəttə helikopterin vurulmasının rolu da oldu. Rusiyanı sakitləşdirmək lazım idi. Və ən əsası rus ordusunu düşmən səngərində görməkdənsə sülhməramlı kimi gəlməsi daha məqsədəuyğun idi. Həm də ermənilər səs-küy qaldırmayacaq ki, azərbaycanlılar bizi qırır».

A.Əlizadəbildirib ki, Minsk qrupunun yarıtmaz müvqeyindənsə Rusiya və Türkiyənin bu məsələni həll etməsi daha yaxşıdır: «Bu günlərdə Fransa dövləti Ermənistana mesaj göndərərək bildirdi ki, biz sizin yanınızdayıq. Bu onu göstərir ki, əgər bu məsələni Minsk qrupuna həvalə etsəydilər bu bizə baha başa gələ bilərdi. Buna görə cənab Prezident, Ali Baş Komandan çox düzgün qərar qəbul etdi və sülhməramlı qüvvələrin Qarabağda yerləşməsinə razılıq verdi».

 

İlqar QURBAN


скачать dle 12.1

Şərhlər