SON DƏQİQƏ

Arakçıdan Qarabağ açıqlaması

Tarix:

28-10-2020, 21:27

/ 1 286 dəfə oxundu.
Arakçıdan Qarabağ açıqlaması

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

GunAz.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında İran Xarici İşlər nazirinin müavini və İran Prezidentinin xüsusi elçisi Seyid Abbas Arakçı deyib.

S.A.Arakçının sözlərinə görə, İran münaqişənin beynəlxalq sərhədlər çərçivəsində həll olunacağına inanır.

Dövlət rəsmisi qeyd edib ki, İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar plan hazırlayıb: "İranın qənaətincə, bu plan reallığı özündə ehtiva edən plandır. Təbiidir ki, gələn günlər ərzində bu planla əlaqədar Rusiya, Ermənistan və Türkiyədə müzakirələr aparılacaq.

Ümid edirik ki, bu müzakirələr effektiv olacaq və region ölkələrinin köməyi ilə daimi sülhü təmin edəcək"


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ