SON DƏQİQƏ
» » Azərbaycan Ordusu üstünlüyünü genişləndirir - "Faraj"

Azərbaycan Ordusu üstünlüyünü genişləndirir - "Faraj"

Tarix:

27-10-2020, 23:09

/ 1 307 dəfə oxundu.
Azərbaycan Ordusu üstünlüyünü genişləndirir - "Faraj"

Tacikistanın "Faraj.tj” portalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, cəbhə xəttindəki son vəziyyətlə bağlı məqalə dərc olunub.

GunAz.az xəbər verir ki, məqalədə 30 ildir davam edən münaqişə haqqında danışılır. Bildirilir ki, bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfdən işğal olunub, 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqın və köçkün vəziyyətinə düşüb, ölkənin müxtəlif rayonlarında məskunlaşmağa məcbur olub.

Məqalədə sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücum etdiyi, nəticədə Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatına başladığı qeyd edilib. Diqqətə çatdırılıb ki, artıq 1 aydır davam edən müharibə nəticəsində Azərbaycan Ordusu qələbələr qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin əhəmiyyətli hissəsini azad edib. Belə ki, artıq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri və bu rayonların bir sıra kəndləri, strateji yüksəkliklər işğaldan azad olunub. Azərbaycan Ordusu üstünlüyünü genişləndirməkdə davam edir.

Yazıda, həmçinin vurğulanır ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki 403 tarixi, dini, maddi və mədəniyyət abidəsi ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb.

скачать dle 12.1

Şərhlər