SON DƏQİQƏ
» » Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri arasında görüş başlayıb

Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri arasında görüş başlayıb

Tarix:

9-10-2020, 19:00

/ 3 222 dəfə oxundu.
Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri arasında görüş başlayıb

Rusiya, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov, Zöhrab Mnatsakanyan və Ceyhun Bayramov Moskvada Dağlıq Qarabağdakı vəziyyətlə bağlı danışıqlara başlayıblar.

Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Ermənistan Xarici İşlər Nazirliyi bir az əvvəl RİA Novosti-yə bildirmişdi ki, danışıqlar müstəsna olaraq Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması və humanitar məsələlərlə – cəsədlərin (öldürülənlərin) və əsirlərin mübadiləsi ilə əlaqəli olacaqdır.

Fransa Prezidentinin administrasiyası isə öz növbəsində Ermənistan və Azərbaycanın cümə axşamı və ya şənbə günü Dağlıq Qarabağla bağlı barışıq bağlaya biləcəyini bildirib.

Ermənistan və Azərbaycan xarici işlər nazirləri Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya məsləhətləşmələr üçün gəliblər, lakin prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putinin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşləri hələ planlaşdırılmayıb.

Xatırladaq ki, Qarabağdakı təmas xəttindəki döyüşlər 27 sentyabrda başlayıb. Rusiya, ABŞ və Fransa liderləri qarşı tərəfləri toqquşmaları dayandırmağa və ilkin şərt olmadan danışıqlara başlamağı öz öhdələrinə götürməyə çağırıblar. Türkiyə Dağlıq Qarabağdakı vəziyyətin daha da gərginləşməsi fonunda Azərbaycana istədiyi dəstəyi verəcəyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ