SON DƏQİQƏ
» » Azərbaycan bütün dünyaya göstərdi ki... - Türkiyə

Azərbaycan bütün dünyaya göstərdi ki... - Türkiyə

Tarix:

30-09-2020, 21:59

/ 1 423 dəfə oxundu.
Azərbaycan bütün dünyaya göstərdi ki... - Türkiyə

Azərbaycan təkbaşına qələbə əldə edə biləcək imkana və qabiliyyətə, işğal altındakı torpaqlarını azad edəcək əzm və qətiyyətə malik olduğunu bütün dünyaya göstərdi.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Ermənistan rəsmi olaraq Türkiyəyə məxsus təyyarələrin, İHA və SİHA-ların onlara qarşı istifadə olunduğuna dair heç bir dəlilə əsaslanmayan saxta iddialar irəli sürür. Bu, Ermənistanın qarşısında Türkiyənin dayandığı anlamı yaradaraq işğalçı ölkənin arxasındakı dəstəyi artırmaq məqsədli məkrli təbliğatdan başqa bir şey deyil. Əslində, bu iddialar Ermənistanın öz tərəfdaşları xaricində heç kim tərəfindən ciddi qəbul edilmir. Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələri təkbaşına qələbə əldə edə biləcək imkan və qabiliyyətə, işğal altındakı torpaqlarını azad edəcək əzm və qətiyyətə sahib olduğunu ötən günlərdə bütün dünyaya göstərdi”, - məlumatda qeyd olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ