SON DƏQİQƏ
» » Qarabağ probleminin həllinin yalnız bir yolu var-HƏRB YOLU

Qarabağ probleminin həllinin yalnız bir yolu var-HƏRB YOLU

Tarix:

24-09-2020, 18:29

/ 3 232 dəfə oxundu.
Qarabağ probleminin həllinin yalnız bir yolu var-HƏRB YOLU


Partiya sədri: «İran Ermənistanı Azərbaycana qarşı özünün strateji müttəfiqi hesab edir »

 

«Sentyabrın 19-da Prezident İlham Əliyevin Azərbaycan telekanallarına verdiyi müsahibə həm ölkəmizdə, həm də xaricdə geniş müzakirəyə səbəb olmuşdur. "Abşeron" qaz-kondensat yatağının yeni mərhələsinin istifadəyə verilməsinin ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacağını vurğulayan Prezident qeyd etdi ki, sovet dönəmindən fərqli olaraq bu gün Azərbaycan nefti, təbii resursları tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir». Bu sözləri «Azad Azərbaycan»a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə,Prezident İlham Əliyevin qeyd edilən müsahibəsində ən çox diqqət çəkən məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və həlli yolları ilə bağlı söylədiyi fikirlər, verdiyi mühüm mesajlar idi: «Ermənistanın baş nazirinin və müdafiə nazirinin "boylarını aşan" təcavüzkar açıqlamalarına toxunan cənab Prezident bu açıqlamaların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin heç bir perspektivi olmadığını göstərdiyini xüsusi vurğuladı və onlara ağıllarını (əgər varsa!) başlarına yığmağı tövsiyə etdi. Prezident qeyd etdi ki, mövcud şəraitdə sülh danışıqlarının davam etdirilməsi mənasızdır. «Azərbaycanın işğal faktına dözümünün bir həddi vardır və artıq bu dözümün sonu çatmaqdadır. Ermənilər müharibə istəyirlərsə onu alacaqlar və bu təkcə işğal edilmiş ərazilərimizin azad edilməsi ilə yekunlaşmaya bilər və biz Yerevan da daxil olmaqla əzəli Azərbaycan torpaqlarını azad etmək gücündəyik və ermənilər məkirli niyyətlərindən əl çəkmsələr bunu edəcəyik!»

Rusiyavəİranın Ermənistana olan münasibətlərinişərh edən partiya sədri bildirib ki, Ermənistanın Rusiya tərəfindən silahlandırılması, Cənubi Qafqazda öz məkirli məqsədlərinə nail olmaq üçün bu xristian "maşasından" mütəmadi olaraq istifadə etməsi haradasa "başadüşüləndir". Başa düşülməyən dost və qardaş hesab etdiyimiz Qazaxıstanın və Türkmənistanın öz ərazilərindən Ermənistana silah daşınmasına göz yummalarıdır. Özünü daim "müsəlman təəssübkeşi" elan edən İranın sözdə Azərbaycanın, işdə Ermənistanın yanında olmasıdır, müsəlman dövlətlərinin əksəriyyətinin məscidlərimizi tövləyə çevirən mənfur erməniləri dəstəkləmələridir. Reallığın əksinə olaraq, Ermənistanın Tovuz təcavüzündən sonra, Rusiyanın öz vassalına külli miqdarda silah ötürməsini və bu zaman İran ərazisindən də istifadə etməsini "təkzib edən" İran rəsmilərindən soruşmaq lazımdır: cənablar bəs bu silahlar Ermənistana necə ötürülüb? Məgər İranın Ermənistan sevgisi, bir ovuc ermənilərə İranda geniş səlahiyyətlər verdiyi, 35 milyonluq xalqa ana dilində təhsil almağı yasaqlaması da daxil olmaqla əsas insan hüquqlarından məhrum etməsi, müstəqil Azərbaycana real münasibəti və onun səbəbləri hamıya gün kimi aydın deyil? Biz Ermənistanın sabiq prezidenti Ter-Petrosyanın Dağlıq Qarabağın və ətraf rayonların işğalında İranın onlara göstərdiyi yardım haqqında dediklərini unutmamışıq! Ter-Petrosyan deyirdi ki, "İran olmasaydı bizim qələbəmiz də olmayacaqdı. Rusiya bizə silah, İran çörək və digər ləvazimatlar verdi". Azərbaycanın İsraillə münasibətinə sözün əsl mənasında düşmən münasibəti bəsləyən, müsəlman-ərəb dövlətlərinin İsraillə yaxınlaşmasına dözümsüzlük nümayiş etdirən İran nə üçün İsraillə diplomatik münasibətlər quran, bu dövlətdə səfirlik açan Ermənistana "gözün üstə qaşın var" demir? Səbəbi aydındır: İran Ermənistanı Azərbaycana qarşı strateji müttəfiqi hesab edir və bu səbəbdən "onun xətrinə dəymir" və təəssüf ki, çox böyük səhv etdiyini qəbul etmək istəmir! Tarixin təkrarlanmaq xüsusiyyəti olduğunu, İranın tarixən hansı dövlətin ərazisinə daxil olduğunu İran rəsmilərinin nəzərinə çatdırmaq istərdim».

T.Qənioğluəlavə edib ki, Ermənistanın və qondarma "dqr"in faşist təbiətli "rəhbərlərinin" son davranışları bir daha göstərdi ki, Dağlıq Qarabağ probleminin həllinin yalnız bir yolu - hərb yolu vardır: «Prezident İlham Əliyevin müsahibəsindən belə nəticəyə gəlmək olar ki, Azərbaycan artıq bu yoldan istifadə etmək əzmindədir! Regionumuzda baş verən son hadisələr bir daha biruzə verdi ki, bizim Türkiyədən başqa real, sona qədər güvənə biləcəyimiz müttəfiqimiz, dostumuz yoxdur, əlbəttə Pakistanı da yaddan çıxarmamaqla! Hər şeydən göründüyü kimi, Azərbaycanın Türkiyə ilə daha sıx münasibətlərinin formalaşmasına həmişəkindən daha çox ehtiyac vardır. Bu tarixi zərurətdir və Prezident İlham Əliyevin yuxarıda qeyd edilən müsahibəsi göstərdi ki, Azərbaycan bu istiqamətdə özündən asılı olan bütün işləri həyata keçirmək əzmindədir».

 

Bilman İSAQ

 


скачать dle 12.1

Şərhlər