SON DƏQİQƏ
» » Bakı yoxladı və gördü ki, tək qalmışıq – Erməni general şokda

Bakı yoxladı və gördü ki, tək qalmışıq – Erməni general şokda

Tarix:

29-07-2020, 23:12

/ 1 327 dəfə oxundu.
Bakı yoxladı və gördü ki, tək qalmışıq – Erməni general şokda

İkinci Вünya müharibəsindən sonra Türkiyənin bu qədər aktivliyini görən olmamışdı.

GunAz.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında "Qarabağ qəhrəmanı” kimi tanınan general Ter-Tadevosyan deyib.

Tadevosyan Türkiyə-Azərbaycan təliminin Tovuz hadisələrindən dərhal sonra başlamasını təsadüf hesab etmədiyini bildirib:

"Tavuşdakı (Tovuz rayonu ilə sərhəd erməni rayonu) son hadisələr KTMT-nin Ermənistanı müdafiə etməyəcəyini göstərdi. Biz Rusiyanı tənqid edirik, amma pis odur ki, özümüzü tənqid etmirik, səhvlərimiz haqda danışmırıq. Rusiyanın həmişə bizim taleyimizdə müsbət rol oynadığını deyə bilmərəm, amma bizim başqa dostumuz yoxdur. Deyəsən, Ermənistan tək qalıb”.

O bildirib ki, indi çox çətin bir dövrdür və Türkiyə istənilən vaxt öz proqramını həyata keçirə bilər.

Tadevosyan guya Tovzda baş verən təxribatın Azərbaycan tərəfindən edildiyini, bunun "Rusiyanı, KTMT-ni, eləcə də Ermənistan silahlı qüvvələrini yoxlamaq məqsədi daşıdığını” iddia edib.

O, Rusiya və KTMT-nin "yoxlamadan çıxmamasından” məyusluğunu bildirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ