SON DƏQİQƏ
» » Əli Rəbii: İran Azərbaycan əlaqələri yüksək səviyyədədir

Əli Rəbii: İran Azərbaycan əlaqələri yüksək səviyyədədir

Tarix:

8-07-2020, 11:23

/ 3 696 dəfə oxundu.
Əli Rəbii: İran Azərbaycan əlaqələri yüksək səviyyədədir

"Azərbaycan, İran və Rusiya prezidentlərinin zirvə görüşü pandemiya təhlükəsi azaldıqdan sonra Rusiyada keçiriləcək”.

GunAz.az xəbər verir ki, bunu İran dövlətinin sözçüsü Əli Rəbii deyib. O bildirib ki, İran bu görüşdən müsbət nəticələr əldə edəcəyinə ümidvardır.

"Azərbaycan və İran arasındakı əlaqələr yüksək səviyyədədir. Azərbaycan Prezidentinin Tehrana səfəri koronavirus epidemiyası səbəbindən təxirə salındı. Hazırda iki ölkənin prezidentləri arasında telefon danışıqları aparılır”, - deyə o əlavə edib.

Ə. Rəbii xatırladıb ki, Azərbaycan COVID-19-un yayıldığı ilk günlərdə İrana 5 milyon dollar yardım edib, tibbi avadanlıq göndərilib: "Səhiyyə nazirimizin bəyan etdiyi kimi, biz də koronavirusla mübarizə sahəsində təcrübəmizi Azərbaycanla bölüşməyə, yardım etməyə hazırıq”.

скачать dle 12.1

Şərhlər