SON DƏQİQƏ
» » Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında yaxınlaşma var"

Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında yaxınlaşma var"

Tarix:

8-07-2020, 08:55

/ 2 771 dəfə oxundu.
Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında yaxınlaşma var"

"Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə pandemiya şəraitində də səngiməyib”.

"Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

O, pandemiya dövründə ölkədəki siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının siyasətini yaxından dəstəklədiyini, Azərbaycanda iqtidar ilə müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşmanın və ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraitinin meydana gəldiyini bildirib.


PA rəsmisi siyasi partiyaları dövlətçiliyin möhkəmləndirilməsi üçün birgə əməkdaşlıqda səylərini artırmağa çağırıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ