SON DƏQİQƏ
» » Təcili: İrəvan dövlətinin bayrağı qəbul edildi

Təcili: İrəvan dövlətinin bayrağı qəbul edildi

Tarix:

4-07-2020, 22:23

/ 1 386 dəfə oxundu.
Təcili: İrəvan dövlətinin bayrağı qəbul edildi

Hazırda Mühacir Qərbi-Azərbaycan (İrəvan) Hökumətinin iclası keçirilir.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Aqil Səmədbəyli qeyd edib.

O bildirib ki, iclasda Qərbi Azərbaycan-İrəvan dövlətinin bayrağı qəbul edilib.

"4 iyul – Bayraq günü kimi təsdiqləndi. Vətənə, millətə xeyirli olsun”, - deyə o qeyd edib.

Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib.

Artıq mühacir hökumət də formalaşıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ