SON DƏQİQƏ
» » Mənim dediklərim TARİXİ HƏQİQƏTLƏRDİR, Paşinyan isə...

Mənim dediklərim TARİXİ HƏQİQƏTLƏRDİR, Paşinyan isə...

Tarix:

19-06-2020, 08:00

/ 2 899 dəfə oxundu.
Mənim dediklərim TARİXİ HƏQİQƏTLƏRDİR, Paşinyan isə...

Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir.

GunAz.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitindəki çöxışına Ermənistan Baş naziri Nikol Paşinyanın replikasına cavabında deyib.

"Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim. Burada çıxışımı yekunlaşdırıram”, - Prezident vurğulayıb.

Qeyd edək ki, Paşinyan Prezident İlham Əliyevin çıxışından sonra Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını (Ramil Səfərovla bağlı qərar – red.) sitat gətirərək, guya Azərbaycanın öz ərazisində irqçilik həyata keçirdiyini iddia edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ