SON DƏQİQƏ
» » Kərimli ailəmə verilən ianələri mənimsəyib – AXCP üzvü

Kərimli ailəmə verilən ianələri mənimsəyib – AXCP üzvü

Tarix:

18-06-2020, 23:03

/ 1 402 dəfə oxundu.
Kərimli ailəmə verilən ianələri mənimsəyib – AXCP üzvü

Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə) və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) fəalı Qorxmaz Əliyev cəza müddətini başa vuraraq azadlığa çıxıb.

GunAz.az Correct.az-a istinadla xəbər verir ki, azadlığa çıxan AXCP fəalı bəyanatla çıxış edib.

O, bugündən etibarən təmsil olunduğu partiya sıralarını tərk etdiyini açıqlayıb.

Mətbuata açıqlama verən sabiq AXCP fəalı keçmiş sədrinin ünvanına da sərt ittihamlar səsləndirib. O bildirib ki, həbsdə olduğu müddətdə onun ailəsinə göndərilən ianələr partiya sədri tərəfindən mənimsənib.

Q.Əliyev əlavə edib ki, AXCP-nin hazırki üzvləri də Əli Kərimlinin siyasi spekulyasiyalarına alət olmasınlar və tezliklə partiyadan istefa versinlər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ