SON DƏQİQƏ

İranda qadın deputata ŞOK İTTİHAM

Tarix:

16-06-2020, 08:06

/ 2 748 dəfə oxundu.
İranda qadın deputata ŞOK İTTİHAM

İran parlamentinin deputatı Pərvanə Səlahşuri barəsində açılmış cinayət işi üzrə istintaq başa çatıb.

 GunAz.az xəbər verir ki, iş baxılması üçün ölkənin Mədəniyyət və Media üzrə Ədliyyə orqanına təqdim edilib.

"Fars” agentliyinin məlumatına görə, xanım deputat "ictimai rəydə çaşqınlıq yaratmaq üçün yalan məlumatlar yaymaq” və "siyasi sistem əleyhinə təbliğat aparmaq”da ittiham edilib.

Pərvanə Sələhşuri fevralın 1-də ədliyyə orqanına çağırılmış, dindirilmədən sonra sərbəst buraxılmışdı.

O, ötən gün verdiyi açıqlamada özünə qarşı irəli sürülən ittihamları "xalqın həqiqi millət vəkili olmağın nəticəsi” kimi dəyərləndirib.

Bir çox media qurumları deputata qarşı açılmış cinayət işini onun sosial şəbəkədə tənqidi paylaşımları və müsahibələri ilə əlaqələndirib.

Dəfələrlə İran rejimini tənqid edən Pərvanə Sələhşuri son çıxışlarından birində, islam republikasının siyasi idarəetmə formasını kəskin tənqid edərək, onu "yağı tiranlıq” adlandırmışdı.

O, ötən ilin noyabr ayında keçirilmiş xalq etirazlarının amansızlıqla yatırılması və xalqın gülləbaran edilməsi səbəbindən isə SEPAH-ın komandanlarından biri Məhəmmədəli Səid Cəfərini sərt tənqid etmişdi.teleqraf.com

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ