SON DƏQİQƏ
» » Daha iki lider İlham Əliyevə məktub ünvanladı

Daha iki lider İlham Əliyevə məktub ünvanladı

Tarix:

1-06-2020, 22:02

/ 1 434 dəfə oxundu.
Daha iki lider İlham Əliyevə məktub ünvanladı

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
GunAz.az xəbər verir ki, təbrikdə qeyd olunur:
"Sizi və xalqınızı Azərbaycanın müstəqilliyinin 102-ci ildönümü və Ramazan bayramı münasibətilə təbrik edirəm. Bütün dünyanın pandemiya ilə üzləşdiyi bir vaxtda ölkənizə və xalqınıza həmrəylik, müqavimət və şəfa arzulayıram.
Litva və Azərbaycan arasında münasibətlərin getdikcə möhkəmlənməsindən çox şadam. Bizim videobağlantı formatında son danışığımız da göstərdi ki, maraq olan yerdə fəal ikitərəfli əməkdaşlıq mümkündür. Ümid edirəm ki, keçirilməsi planlaşdırılan Litva-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında iqtisadi əlaqələrin inkişafını müzakirə etmək imkanımız olacaqdır.
Azərbaycanın və Litvanın informasiya texnologiyaları, nəqliyyat, mebel və qida sənayesi, tibb və təhsil sahələrində böyük potensialı var. Qəti əminəm ki, bütün dünyaya yayılmış pandemiya aradan qalxdıqdan sonra xalqlarımız üçün turizm sahəsində daha geniş əməkdaşlıq imkanları yaranacaqdır.
Hazırda Azərbaycan Türk Şurasında və Qoşulmama Hərəkatında sədrlik edir. Sizin təşəbbüsünüzlə videobağlantı şəklində çoxtərəfli formatda Zirvə görüşləri uğurla keçirildi.
Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər Litva üçün çox önəmlidir. Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq sazişi ilə bağlı danışıqların yekunlaşdırılması bu əlaqələrin möhkəmləndirilməsinə uyğun addım olardı. Litva Azərbaycanın Avropa İttifaqı ilə fəal dialoqunu və Şərq Tərəfdaşlığı ölkələrinin Avropa İttifaqı dövlətləri ilə müzakirələrini dəstəkləməyə hazırdır.
Zati-aliləri, Sizi milli bayram münasibətilə bir daha təbrik edirəm.
Xahiş edirəm, Sizə olan ən dərin ehtiramımı qəbul edin".
***
Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə Peru xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin, xüsusilə də iqtisadi-ticari və investisiya sahələrində əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini arzuladığımı bildirirəm.
Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda Azərbaycan xalqına möhkəm cansağlığı, tərəqqi və firavanlıq diləyirəm.
Zati-aliləri, Sizə ən dərin ehtiramımı bildirirəm", - təbrikdə qeyd olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ