SON DƏQİQƏ

Paşayeva İLESAM-ın virtual konfransında...

Tarix:

30-05-2020, 23:25

/ 1 331 dəfə oxundu.
Paşayeva İLESAM-ın virtual konfransında...

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva İLESAM (Türkiyə Elm və Ədəbiyyat əsəri Sahibləri Məslək Birliyi) təşkilatının "Elm və ədəbiyyat söhbətləri” virtual konfransları çərçivəsində türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu adlı onlayn konfrans keçirib.
GunAz.az xəbər verir ki, qardaş Türkiyənin tanınmış ziyalıları Bilal Tekcan və Mahmud Hasgülün moderatorluğu ilə keçirilən, İLESAM təşkilatının sosial media hesabları üzərindən, o cümlədən Yutub kanalında canlı yayınlanan konfrasda iki qardaş ölkənin ortaq dəyərlərinə, o cümlədən elm-sənət, ədəbiyyat planında işbirliyi təcrübəsinə diqqət çəkilib.
Paşayeva qarşılıqlı əlaqələrin bütün digər sahələrinə sayğı ilə yanaşmaqla bərabər, özəlliklə elm və mədəniyyətin həm günümüzün çağırışları, həm tarixi ənənəmiz baxımından çox vacib olduğunu bildirib. Azərbaycan və türkiyəli elm-sənət, ədəbiyyat xadimlərini sıx əməkdaşlığa dəvət edən Q.Paşayeva Azərbaycan həqiqətlərinin daha geniş yayılmasında, türk dünyası birliyinin daha da güclənməsində, türk millətinə qarşı haqsızlığa və ədalətsizliyə qarşı birlikdə mübarizədə aydınların üzərinə düşən vəzifələr barədə danışıb.
Qarabağ həqiqətləri ilə çıxış edən Q.Paşayeva Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verib, qardaş Türkiyə aydınlarının Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına və Qarabağ həqiqətlərinin dünyaya daha da geniş yayılması istiqamətində səylərini daha da artıracağına inandığını deyib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ