SON DƏQİQƏ
» » ATƏT PA sədri Milli Məclis sədrini təbrik etdi

ATƏT PA sədri Milli Məclis sədrini təbrik etdi

Tarix:

28-05-2020, 23:29

/ 1 318 dəfə oxundu.
ATƏT PA sədri Milli Məclis sədrini təbrik etdi

ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli və Milli Məclisin Sədri Sahibə Qafarova arasında telefon danışığı olub.
GunAz.az Report-a istinadən xəbər verir ki, G.Tsereteli parlament sədrini Azərbaycanın Respublika Günü münasibətilə təbrik edib.
Söhbət zamanı COVID-19 pandemiyası ilə bağlı durum və parlamentlərin fövqəladə vəziyyət rejimində fəaliyyəti müzakirə olunub.
S.Qafarova öz növbəsində G.Tsereteliyə təşəkkür edib və ATƏT-lə aktiv əməkdaşlığın önəmini bildirib. Tərəflər pandemiyadan sonra əməkdaşlığın daha da fəal olacağına ümid ifadə ediblər.
Danışıq zamanı Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in münaqişənin həllinə fəal cəlb olunması məsələsinə də toxunulub.
G.Tsereteli və S.Qafarova həmçinin Gürcüstan və Azərbaycan arasındakı mehriban qonşuluq və strateji əməkdaşlığın əhəmiyyətini də vurğulayıblar.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ