SON DƏQİQƏ
» » Qarabağın işğalda olması Türkiyəyə ciddi zərbədir - Deputat

Qarabağın işğalda olması Türkiyəyə ciddi zərbədir - Deputat

Tarix:

27-05-2020, 21:56

/ 1 278 dəfə oxundu.
Qarabağın işğalda olması Türkiyəyə ciddi zərbədir - Deputat

Türkiyə regionun böyük dövləti kimi Azərbaycanla bərabər Rusiya və İranla Qarabağın azadlığı üçün danışıqlar aparmalıdır. Çünki hər iki dövlətin Türkiyə ilə əməkdaşlığa böyük ehtiyacı var.
GunAz.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində bildirib.
"Türkiyə həmin dövlətlərə hansısa məsələlərdə güzəştə gedib onları Qarabağ probleminin həllinə razı sala bilər. Bu, Türkiyənin qardaşlıq borcudur. Qarabağın 30 il işğal altında qalması bizi alçaltdığı kimi "bir millət iki dövlət" şüarını qəbul edən Türkiyəni də alçaldır, onun beynəlxalq nüfuzuna ciddi zərbə vurur. Türk dövlətlərinin qorxusuz yaşaması və özünün təhlükəsizliyi üçün Türkiyənin nüvə dövlətinə çevrilməsinə böyük ehtiyac var", - deputat qeyd edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ