SON DƏQİQƏ

İlham Əliyevdən daha bir xəbərdarlıq

Tarix:

21-05-2020, 16:39

/ 3 152 dəfə oxundu.
İlham Əliyevdən daha bir xəbərdarlıq

Bəzi hallarda sahibkarlar problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyir və gəlirlərinə göz dikirlər”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, məmurlar tərəfindən bu cür addımların atılmasına qətiyyən yol vermək olmaz.

 

Prezident yeni icra başçıları qarşısında investorların cəlb edilməsi istiqamətində də tapşırıqlar qoyub:

"İndi dünyada investisiyalar uğrunda mübarizə aparılır. Ölkələr öz təkliflərini irəli sürürlər ki, investorları cəlb etsinlər. Buna görə də, siz yerli sahibkarları inandırmalısınız ki, onlar sizin rayona sərmayə qoysunlar, iş yerləri yaratsınlar, beləliklə rayonların inkişafına töhfə versinlər. Bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cür əziyyət verilir – buna heç cür yol vermək olmaz”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ