SON DƏQİQƏ
» » Asim Mollazadə: Nikol Paşinyanın babasının SS-ə xidməti ermənilərin faşizim rejiminin tərəfdarı olmasının sübutudur

Asim Mollazadə: Nikol Paşinyanın babasının SS-ə xidməti ermənilərin faşizim rejiminin tərəfdarı olmasının sübutudur

Tarix:

11-05-2020, 23:03

/ 1 265 dəfə oxundu.
Asim Mollazadə: Nikol Paşinyanın babasının SS-ə xidməti ermənilərin faşizim rejiminin tərəfdarı olmasının sübutudur

Ermənistanın baş nazirinin babası Nikol Paşinyanın SS-ə xidmət etməsi barədə məlumatların üzə çıxması bir daha onu göstərir ki, ermənilərin əksəriyyəti hələ o zaman faşizm rejiminin tərəfdarı olub və onu dəstəkləyiblər.
Bunu GunAz.az Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Onun sözlərinə görə, faşizm rejiminin törətdiklərinin əksəriyyəti insanlığa qarşı ən ağır cinayətlər olub. İşğal edilmiş ərazilərdə mülki əhalinin kütləvi şəkildə qətli məhz SS qoşunları tərəfindən həyata keçirilib:
"Nəzərə almaq lazımdır ki, faşistlərin ən qatı cinayətlərini törədənlər də məhz SS-çilər olub. Belə cinayətləri yerinə yetirən Njde Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayan da erməni olub və onlar məhz SS-ə xidmət ediblər. Amma erməni cinayətkarları məhz Njde Qareginə heykəl qoyublar. Bu, onların SS-ə itaət etmələrinin, faşizmin cinayətlərini dəstəkləmələrinin bir nümunəsidir".
A.Mollazadə hesab edir ki, Ermənistanın baş naziri babası Nikol Paşinyanın da SS-də xidmət etdiyinə görə, Njde Qareginin heykəlinin götürülməsini istəmir.
Deputat qeyd edib ki, bu il bütün dünya faşizm üzərində qələbənin 75 illiyini qeyd edir. Lakin yeganə olaraq, Ermənistan və ermənilər faşizmi dəstəklədiklərini göstərərək ona simvolik heykəllər ucaldırlar:
"Bu, özü-özlüyündə onu göstərir ki, faşizmin cinayətləri ermənilər tərəfindən Azərbaycanda yenidən təkrar olunub və işğal edilmiş ərazilərimizdə mülki əhaliyə qarşı çoxsaylı cinayətlər törədilib. Beynəlxalq ictimaiyyət yenidən SS-lə bağlı Nürinberq hərbi tribunalının qərarlarını dünyaya xatırlatmalıdır. Biz faşizmə "yox" deməliyik. Azərbaycan xalqı faşizmlə mübarizədə minlərlə vətəndaşını qurban verib. Faşizm üzərində qələbənin qazanılmasında neftçilərimizin də çox böyük rolu olub. Mənə elə gəlir ki, Azərbaycan ərazilərinin işğalı və işğal edilmiş ərazilərdəki mülki əhalinin öldürülməsi də SS tərəfindən bir qisasdır".
Qeyd edək ki, Ermənistan KİV-ləri tərəfindən aparılmış araşdırma nəticəsində bu ölkənin baş naziri Nikol Paşinyanın babasının Böyük Vətən müharibəsi zamanı SS sıralarında xidmət etdiyi məlum olub.
скачать dle 12.1

Şərhlər