SON DƏQİQƏ
» » Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Tarix:

9-05-2020, 09:18

/ 1 948 dəfə oxundu.
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

 Birinci vitse-prezidentin İnstaqram hesabındakı sözügedən paylaşımını təqdim edirik:

"Əziz veteranlar!

9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə sizə və sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm. Bu bayram həm sizin üçün, həm də ümumiyyətlə xalqımız üçün həmişə xüsusi əhəmiyyətə malik olub. Ölkəmiz tarixi qələbəyə mühüm töhfələr verib və bu, hər bir azərbaycanlıya daim qürur və fərəh hissi yaşadıb. Bu il sizin bu günü xüsusi səbirsizliklə gözlədiyinizi bilirəm. Çünki bu il Böyük Qələbənin 75 illiyi qeyd olunur. Həm Prezidentimiz, həm də mən 9 Mayda həmişə sizinlə görüşmüşük, bu əlamətdar tarixi sizinlə birgə qeyd etmişik. Təəssüf ki, bu il bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan karantin rejiminə görə sizinlə görüşə bilmirik.

Sizin mərdliyiniz, cəsarətiniz, şücaətiniz əsl vətənpərvərlik nümunəsidir. Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!

скачать dle 12.1

Şərhlər