SON DƏQİQƏ
» » Nazirliklə Birlik anlaşa bilmir, xəstəxanalar qazsız qalır

Nazirliklə Birlik anlaşa bilmir, xəstəxanalar qazsız qalır

Tarix:

24-04-2020, 23:03

/ 1 335 dəfə oxundu.
Nazirliklə Birlik anlaşa bilmir, xəstəxanalar qazsız qalır

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün Milli Məclisin iclasında Tovuz rayonunun bəzi kəndlərində fəaliyyət göstərən bir sıra xəstəxana və tibb məntəqəsinə qaz verilməməsi problemindən danışıb.
GunAz.az xəbər verir ki, Qənirə Paşayeva Tovuzun bir çox kəndlərinə uzun zamandır qaz verilməsinə baxmayaraq, xəstəxana, tibb məntəqələrinə qaz verilməsi probleminin bu günə qədər həllini tapmadığını bildirib.
Millət vəkili qeyd edib ki, bu, həmin müəsisələrdə çalışan tibb işçilərinin, həm də sözügedən xəstəxana, tibb məntəqəsinə müraciət edən insanların özəlliklə soyuq aylarda narazılığına səbəb olur.
Qənirə Paşayeva problemin Səhiyyə Nazirliyi və "Azəriqaz” İstehsalat Birliyi arasında həll edilə bilməməsindən narahatlığını ifadə edib.
Millət vəkili hər iki qurumu problemin həlli üçün əməli addım atmağa çağırıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ