SON DƏQİQƏ
» » İlk olaraq 304 min vətəndaşa bu qədər veriləcək... - Nazir

İlk olaraq 304 min vətəndaşa bu qədər veriləcək... - Nazir

Tarix:

31-03-2020, 23:49

/ 1 692 dəfə oxundu.
İlk olaraq 304 min vətəndaşa bu qədər veriləcək... - Nazir

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əmək haqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramı diqqətinizə təqdim edilir.

GunAz.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Nazir bildirib ki, ikinci proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramıdır:

"Hər iki proqramın başlıca şərti və çərçivəsi iş yerlərinin azaldılmamasına yönəldilib. Bu proqramlar fərqli auditoriyalara - işçilərə və sahibkarlara ünvanlansa da, yanaşma olaraq birbaşa maliyyə dəstəyi təmin edir. Bu dövrdə qısamüddətli likvidliyi olmayan sahibkarlara, müəssisələrə öz fəaliyyətini davam etdirməyə, onların bir çox hallarda demək olar ki, əsas xərci olan işçilərin, muzdlu işçilərin əmək haqqı xərcinin əhəmiyyətli hissəsinin ödənilməsi təklif olunur”.

Qeyd edək ki, M.Cabbarov bu işçilərə ayrılması nəzərdə tutulan dövlət dəstəyi haqda ötən gün məlumat vermiş, onlara orta aylıq əmək haqqının (712 manat) yarısının (356 manat) dövlət tərəfindən ödənəcəyini qeyd etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ