SON DƏQİQƏ
» » Koronavirus ermənilərin Gürcüstana dair planlarını alt-üst edib

Koronavirus ermənilərin Gürcüstana dair planlarını alt-üst edib

Tarix:

20-03-2020, 10:39

/ 3 582 dəfə oxundu.
Koronavirus ermənilərin Gürcüstana dair planlarını alt-üst edib

Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın 2019-cu ilin oktyabrın 15-də Yerevana səfəri ərəfəsində təxribatçılıq fəaliyyətinə cəhd göstərmələrinə görə Epress mediasının üç erməni jurnalistinin[1] – Yuri Manvelyanın, Tiqran Xaçaturyanın və Tiqran Akopyanın Gürcüstan sərhədçiləri tərəfindən ölkə ərazisinə buraxılmaması rezonansa səbəb olmuşdu. 
       Ermənistandan olan jurnalistlər iddia etmişlər ki, guya onlar Britaniyanın Müharibə və Sülh işıqlandırma İnstitutunun layihəsi üzərində işləyirlər ki, bu layihə də peşəkar jurnalistikanın imkanlarından istifadə etməklə münaqişələrdən və dəyişikliklərdən təsirlənən ölkələrdə demokratiyanın inkişafına kömək edir. Jurnalistlər guya səfər çərçivəsində Gürcüstanın fəal vətəndaşları və hüquq müdafiəçiləri ilə reportajların hazırlanmasını planlaşdırdıqlarını qeyd etmişlər. 
       Tədqiqat nəticəsində aydın şəkildə məlum olur ki, Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda separatçı əhval-ruhiyyənin qızışdırılmasında məhz erməni jurnalistləri fəal rol oynayırlar. Bölgə əhalisinin əksəriyyətinin özlərini "qardaş” kimi qələmə verən ermənilərdən ibarət olmasına baxmayaraq erməni jurnalistləri heç bir dəfə də olsun Gürcüstan ərazisi haqqında gürcülərə xoş təəssürat bağışlayacaq bir sujet hazırlamamışlar. Əksinə, onlar daim Gürcüstanda "erməni məbədləri”nin olmasına dair əsassız iddialar irəli sürürlər. Onlar Qarabağ ssenarisini Samtsxe-Cavaxetiyada da həyata keçirməyə çalışaraq burada sonradan məskunlaşan separatçı erməniləri yerli gürcü əhalisini qovmaları üçün qiyama və kütləvi soyqırıma təhrik edirlər. Bu baxımdan mənbələrdən də aydın şəkildə məlum olur ki, erməni jurnalistləri regiona məhz yerli sakinlərlə təxribat xarakterli müsahibənin aparılması üçün göndərilmişlər. 
       Qeyd etmək lazımdır ki, 2020-ci ilin fevralın 28-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan[2] öz bəyanatında, koronavirus infeksiyasının qeydə alınmasına baxmayaraq Gürcüstanla Ermənistan arasındakı sərhədlərin bağlanmayacağını qeyd etmişdi. Lakin bu proqnoz özünü doğrultmadı. Hadisələrin sonrakı gedişi ermənilərin arzusunu ürəyində qoydu. 
Hazırda koronavirus xəstəliyinə görə Gürcüstana xarici vətəndaşların girişinin qadağan[3] olunmasına dair qərarın qəbul edilməsi, ermənilərin gürcülərə dair məkrli planlarını alt-üst etmişdir. Qəbul olunmuş qərar barəsində Gürcüstanın Baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri İrakli Çikovani bildirmişdir. Belə ki, qərar Gürcüstanın Baş naziri Giorgi Qaxariya tərəfindən koronavirus infeksiyasının yayılmasına görə qəbul edilmişdir. Bu qərar 2020-ci ilin martın 18-də qüvvəyə minmişdir. Qərara əsasən Gürcüstan sərhədini yalnız ölkəyə qayıdan yerli vətəndaşlar və onların yaxınları keçə bilərlər. Hökumət tərəfindən belə bir addımın atılmasına səbəb isə bir tərəfdən ölkədə koronavirus xəstəliyinin yol açdığı ciddi fəsadlar olmuşdur. Belə ki, 2020-ci ilin martın 17-də koronavirusa yoluxmuş[4] şəxslərin sayı 35 nəfərə çatmış; 1008 nəfər karantində, 64 nəfər isə stasionar nəzarətdə saxlanılmışdır. Gürcüstanın koronavirusla mübarizəyə həsr olunmuş StopCov adlı hökumət saytının verdiyi məlumata əsasən, hazırda koronavirusa yoluxanların sayı 38 nəfərə çatmış; 1130 nəfər karantində, 81 nəfər isə stasionar nəzarətdə saxlanılmışdır. Koronavirusla bağlı olaraq Tbilisidə və Gürcüstanın digər regionlarında marşrut taksilərinin fəaliyyəti qadağan olunmuşdur. Bu qərar 2020-ci ilin martın 17-də koronavirus pandemiyası ilə bağlı yaradılmış idarələrarası koordinasiya şurasının iclasında qəbul edilmişdir. Gürcüstanın Baş naziri Giorgi Qaxariya bildirmişdir ki, koronavirusun yayılma yollarından biri də marşrut taksiləridir. Ona görə də, şəhərdə metronun və bələdiyyə nəqliyyatının fəaliyyətinə icazə verilmişdir. Nəqliyyatda isə hər gün dezinfeksiyanın aparılması tapşırılmışdır. Bundan əlavə koronavirusun yayılmasının qarşısını almaq üçün Acarıstanın yarmarkaları müvəqqəti olaraq bağlanılmış, Xopi bazarının icarəçiləri isə aprelin 1-dək vergidən azad olunmuşlar. 

Koronavirus ermənilərin Gürcüstana dair planlarını alt-üst edibSalayev Kamal

AMEA-nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

 
[1] В Грузии зреет новый этнический конфликт, или для чего ехали в Грузию армянские журналисты /19.10.2019/
[2] Вопрос закрытия границы с Грузией не обсуждается – Григорян /28.02.2020/
[3] 18 მარტიდან საქართველოში უცხო ქვეყნისმოქალაქეების შემოსვლა იკრძალება /16.03.2020/
[4] Число зараженных коронавирусом в Грузии выросло до 38 /18.03.2020/
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ