SON DƏQİQƏ
» » Türkiyə 4 ordu ilə üz-üzədir: əgər müdaxilə olarsa... - ABŞ

Türkiyə 4 ordu ilə üz-üzədir: əgər müdaxilə olarsa... - ABŞ

Tarix:

7-03-2020, 23:09

/ 1 125 dəfə oxundu.
Türkiyə 4 ordu ilə üz-üzədir: əgər müdaxilə olarsa... - ABŞ

Rusiya və Bəşər Əsədin İdlib gərginliyindən qələbə ilə çıxacağını düşünmürəm. Türkiyənin mövqeyi daha güclüdür.

GunAz.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

O, Rusiyanın ABŞ-ın bütün sülh planlarından imtina etdiyini bildirib:

“Türkiyə və Amerika artıq davamlı olmayan atəşkəsləri dəstəkləməyəcək. Atəşkəsin davamlı olması lazımdır. Kimsə müəyyən edilmiş xətləri pozmamalıdır”.

Ceyms Cefri qeyd edib ki, İdlib humanitar fəlakətlə üz-üzədir:

“Bölgədə təhlükənin miqyasının genişlənməsindən danışırıq. Bu təhlükə regional yox, qlobal mahiyyət kəsb edir”.

Amerikalı diplomat Əsəd qüvvələrinin Rusiyanın dəstəyi ilə Azad Suriya Ordusunun nəzarətindəki əraziləri geri aldığını diqqətə çatdırıb:

“Amma Əsəd və rusların qələbə qazanacağını düşünmürəm, türklər geri çəkilməyəcək. Əks halda suriyalı qaçqınların sayı 7 milyona çatacaq ki, bunun yükünü kimsə götürə bilməz. Suriya sərhədlərində belə bir fəlakəti müşahidə etmişik. Bu səbəbdən də Türkiyə bu hücumun qarşısını almaq üçün bütün hərbi potensialından maksimum istifadə edəcək”.

Suriyada 34 türk hərbçisinin həlak olmasına gəlincə, Cefri bunun arxasında Rusiyanın dayandığını deyib.

Türkiyə və Rusiyanın üz-üzə gəlməsinin bölgədə qorxunc təhlükə yaradacağını bildirən diplomat qeyd edib:

“Türkiyə bir NATO ölkəsidir. Bu ölkə isə indi Suriya ordusu, ruslar, Hizbullah və İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə üz-üzədir”.

Diplomat Türkiyəyə müdaxilə vəziyyətində NATO-nun prosesə qoşulacağını istisna etməyib.

скачать dle 12.1

Şərhlər