SON DƏQİQƏ

Naxçıvanda tanklarımız hərəkətə gətirildi

Tarix:

28-02-2020, 21:21

/ 1 244 dəfə oxundu.
Naxçıvanda tanklarımız hərəkətə gətirildi

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən, qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədi ilə kompleks məşq keçirilib.

GunAz.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məşq çərçivəsində qoşunların bir hissəsi praktiki fəaliyyətlərə cəlb edilib.

Stasionar və səhra idarəetmə məntəqələri açılaraq müasir avadanlıq və vasitələrlə idarəetmə təşkil edilib.

Şərti düşmənin qəfil hücumlarının qarşısının alınması və kəşfiyyat-diversiya qruplarının məhv edilməsi üzrə qəbul edilmiş qərarlara uyğun olaraq aidiyyatı bölmələr fəaliyyət göstərib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ