SON DƏQİQƏ
» » Türkiyəyə gedən azərbaycanlılara ŞAD XƏBƏR

Türkiyəyə gedən azərbaycanlılara ŞAD XƏBƏR

Tarix:

27-02-2020, 13:31

/ 2 308 dəfə oxundu.
Türkiyəyə gedən azərbaycanlılara ŞAD XƏBƏR

Türkiyə ilə Azərbaycan arasında vizasız gediş-gəliş müddəti 30-dan 90 günə qaldırılıb.
GunAz.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlayıb.
“İki ölkə vətəndaşları qarşılıqlı olaraq 30 günə qədər turist kimi gedib-gəlirlər. Bu müddəti 90 günə qədər artırdıq. Bunun nəticəsi olaraq gediş-gəlişlər asanlaşacaq. Məhdudiyyətlər həm Azərbaycan, həm də Türkiyədə vətəndaşların şikayətlərinə səbəb olurdu. Bu problemlərin qarşısının alınması baxımından qərar faydalı olacaq və vətəndaşlarımızın qarşılıqlı gediş-gəlişlərini asanlaşdıracaq”, - səfir bildirib.
25 fevralda Bakıda təşkil edilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısında imzalanan sənədlərə toxunan Özoral Türkiyə və Azərbaycanın ticarətdə qarşılıqlı olaraq gömrük vergisi tətbiq etdiyini və bu durumun bəzi sektorlarda rəqabəti öldürdüyünü bildirib. Toplantıda Üstünlüklü Ticarət Razılaşmasının bu problemin tezliklə həll olunması üçün imzalandığını dilə gətirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ