SON DƏQİQƏ
» » Bu dəfə seçicilər namizədi görüşə çağırdı – Foto

Bu dəfə seçicilər namizədi görüşə çağırdı – Foto

Tarix:

25-01-2020, 22:02

/ 726 dəfə oxundu.
Bu dəfə seçicilər namizədi görüşə çağırdı – Foto

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, 36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev Xətai rayonunun Kamandar Əhmədov küçəsində yerləşən qəzalı binanın sakinləri ilə görüşüb.

Qüdrət Həsənquliyevin seçki qərargahından GunAz.az-a daxil olan məlumata görə, görüş seçicilərin təşəbbüsü ilə baş tutub.

Açıq havada keçirilən görüşdə seçicilər -Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov və digərləri çıxış edərək Qüdrət Həsənquliyevin parlamentdəki fəaliyyətini yaxından izlədiklərini, razı qaldıqlarını və onun deputatlığa namizədliyini dəstəklədiklərini bildiriblər.

Seçicilərin suallarını cavablandıran BAXCP sədri seçki platformasının əsas istiqamətlərinə diqqət çəkib, dövlət quruculuğu və hüquq siyasəti, eləcə də sosial-iqtisadi sahədə aparılması labud olan islahatlardan söz açıb, problemlərə və onların həllinə kompleks yanaşılmasının vacibliyini vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ