SON DƏQİQƏ
» » “Qazprombank” bu layihə üçün 500 milyon ayırıb - İlham Əliyev

“Qazprombank” bu layihə üçün 500 milyon ayırıb - İlham Əliyev

Tarix:

30-12-2019, 21:01

/ 1 288 dəfə oxundu.
“Qazprombank” bu layihə üçün 500 milyon ayırıb - İlham Əliyev

Sənaye sahəsində çox iş görülüb. Şadıq ki, bu il Azərbaycanda ən iri sənaye layihələrindən biri həyata keçirilib.

GunAz.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya-24” televiziya kanalına müsahibəsində bildirib.

“Qazprombank” bu layihənin maliyyələşdirilməsinə təqribən 500 milyon dollar ayırıb. Bu il Azərbaycanda 100 faiz Rusiya investisiyalı əczaçılıq müəssisəsi açılıb. Bu da çox mühüm hadisədir. Ona görə ki, bu gün biz əczaçılıq şirkətlərinin məhsullarının satışı məsələsində çox cəhətdən idxaldan asılıyıq. Bu il həm də “Vertolyotı Rossii” şirkəti ilə birlikdə helikopterlərin təmiri və onlara xidmət üzrə servis mərkəzinin təməli qoyulub. Deməliyəm ki, bizdə Rusiya istehsalı olan 100-dən çox helikopter var və əlbəttə, onlara servis tələb olunur. Biz hesab edirik ki, bu mərkəz həm də regional xarakterli olacaq və Rusiya hərbi texnikasına malik qonşu ölkələr bizim imkanlarımızdan istifadə edəcəklər.

Hərbi-texniki əməkdaşlıq baxımından da bu il uğurlu olub. Biz əvvəllər imzalanmış, həcmi milyard dollarlarla ölçülən kontraktların reallaşmasını davam etdirmişik, bu sahədə mövcud dinamikanın qorunub saxlanması üçün yeni kontraktlar bağlanması imkanlarını müfəssəl müzakirə etmişik. Azərbaycanda istehsal edilən “KamAZ” və “Ural” avtomobillərindən əlavə, “QAZ” avtomobilləri istehsalı zavodunun da təməli qoyulub. Metro vaqonlarının təchizatı barədə Rusiya şirkəti ilə üçillik kontrakt imzalanıb. Biz metronun vaqon parkını tamamilə yeniləyirik. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonu açılıb. Bu da əlamətdar hadisədir. Pavilyon ilkin görkəmində bərpa edilib. Bu, məşhur beynəlxalq məkanda Azərbaycanın mədəni mərkəzidir.

Dekabrın 24-də Samur çayı üzərində yeni avtomobil körpüsü açılıb. Bu körpü dövlətlərimizi əlaqələndirir. Bu da çox mühüm hadisədir. Ona görə ki, köhnə körpü ötən əsrin 50-ci illərində tikilmişdi və daşınan yüklərin, oradan keçən minik avtomobillərinin həcminə davam gətirmirdi. Buna görə dekabrın 24-də sərhəddə təntənəli şəraitdə istifadəyə verilmiş körpü bizim əməkdaşlığımız, habelə regional əməkdaşlıq üçün yeni qapı olacaq. “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi nəticəsində yükdaşımaların həcmi keçən il 8 dəfə, bu il isə 60 faiz artıb. Buna görə bu mühüm nəqliyyat layihəsinin reallaşdırılması ilə əlaqədar öz ərazisində bütün işləri prinsip etibarilə başa çatdıran Azərbaycan qonşu ölkələr üçün artıq nəqliyyat-logistika imkanları təqdim edir. Mən bu siyahını davam etdirə bilərəm", - Prezident vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ