SON DƏQİQƏ
» » Prezidentin islahatları nəyə xidmət edir? - Ekspert açıqladı

Prezidentin islahatları nəyə xidmət edir? - Ekspert açıqladı

Tarix:

6-12-2019, 19:26

/ 1 889 dəfə oxundu.
Prezidentin islahatları nəyə xidmət edir? - Ekspert açıqladı

Müstəqil Azərbaycan 1991-1993-cü illərin mürəkkəb, ziddiyyətli və böhranlı dönəmindən, xaos, özbaşınalıq və hərc-mərclik dövründən sonra hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu prosesinin ilkin mərhələsinə qədəm qoydu. Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında bir sıra mühüm məsələlərin həlli, ilk növbədə, sovet dövründən miras qalan AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və məsuliyyətsizliyi ucbatından sıradan çıxarılmış, yarıdağınıq vəziyyətə gətirilmiş idarəçilik institutlarının müstəqil dövlətin idarəçilik sisteminə transformasiya olunması, yenilərinin formalaşdırılması, hakimiyyətin bütün qollarının normal fəaliyyəti üçün hüquqi bazanın yaradılması kimi həyati məsələlərin həlli dayanırdı. Ümummilli lider Heydər Əliyev ölkədə iqtisadi və siyasi islahatların həyata keçirilməsi üçün, ilk növbədə, sabitliyin və təhlükəsizliyin, sabit gəlir mənbələrinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirdi.

GunAz.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.

Ekspert bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanmasından və islahatların aparılması üçün sabit maliyyə qaynağının təmin olunmasından sonra müstəqil dövlətin ilk Konstitusiyası və ana qanunun tələblərindən irəli gələn müvafiq hüquqi-normativ aktlar qəbul edilib. Dövlət idarəçilik sistemi dövrün tələblərinə uyğun olaraq formalaşdırılıb, dövlət həyatının sabit fəaliyyəti təmin edilib, eləcə də Silahlı Qüvvələrin və onun ayrı-ayrı strukturlarının formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, məhkəmə-hüquq sistemi müstəqil dövlət idarəçiliyinin və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılıb. Bütün bunların nəticəsində Azərbaycan beynəlxalq hüququn tam və bərabərhüquqlu subyekti kimi beynəlxalq birliyin ayrılmaz bir hissəsinə çevrilib.

Ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdə həyata keçirdiyi islahatlar nəticəsində müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilən müasir Azərbaycan dövlətinin formalaşması prosesinin ilkin mərhələsi başa çatdı. Daha sonra biz artıq klassik anlamda hüquqi, iqtisadi, siyasi və hərbi bazası formalaşdırılmış dövlətin möhkəm təməlləri üzərindən Azərbaycanın regional və subregional təsir mexanizmlərinə malik dövlət modelinin yaradılması istiqamətində həyata keçirilən qlobal təşəbbüslərin şahidi olduq. Ölkəmizin qitələri birləşdirən enerji və nəqliyyat dəhlizlərinin qovşağına çevrilməsi istiqamətində böyük siyasi iradə, qətiyyət, siyasi erudisiya, çeviklik, dayanıqlılıq tələb edən təşəbbüslər ortaya qoyuldu və bütün təzyiqlərə baxmayaraq gerçəkləşdirildi. Beləliklə, dövlətimizin növbəti genişmiqyaslı islahatlar dönəminə ağrısız keçidi və bu islahatların bütün neqativ təsirlərdən sığortalanması üçün zəmin yaradıldı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə islahatların konseptual əsasları – Strateji Yol Xəritəsi hazırlanaraq həyata keçirilməyə başlandı. İslahatların ilkin dönəmində aparılan araşdırmalar və təhlillər nəticəsində prosesə maneə yaradan bütün neqativ amillər də üzə çıxdı. Bu isə öz növbəsində, islahatların daha da sürətlənməsinə və genişlənməsinə zəmin yaratdı. Hazırda Prezident İlham Əliyevin dövlət həyatının bütün sahələrində keyfiyyət dəyişikliyinə nail olmaq üçün gerçəkləşdirdiyi islahatların bir neçə əsas istiqaməti var: dövlət idarəçiliyinin bütün sahələrində çevik, nəticəsi proqnozlaşdırıla bilən qərarların qəbul və icra edilməsi imkanlarına sahib, dövrün dəyişən alqoritmlərinə uyğun reaksiya verməyi bacaran mexanizmlərin tətbiqi; islahatların fəlsəfəsini və hədəflərini dərk edən və bu islahatları həyata keçirmək potensialında olan, intellektual, bacarıqlı, işgüzar, milli dəyərlərə sadiq və müasir dünyagörüşlü peşəkarlardan ibarət kadr bazasının formalaşdırılması; dövlət idarəçiliyinin bütün sahələrində xərclərin optimallaşdırılması, dövlət orqanlarının koordinasıyalı və çevik fəaliyyətinin təmin edilməsi, fərdi və korporativ maraqlardan, subyektiv siyasi amillərdən sığortalanmış idarəçilik sisteminin formalaşdırılması məqsədilə struktur islahatlarının həyata keçirilməsi; şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi; dövlətin azad bazar münasibətlərində iştirakının minimuma endirilməsi, tənzimləyici funksiyanın önə çıxarılması; qeyri-enerji sektorunun bütün istiqamətlər üzrə aparıcı mövqeyə sahiblənməsi, sahibkarlığın, “öz işinin sahibi olmaq” tendensiyasının stimullaşdırılması və bütün dövrlər üçün trendə çevrilməsi; islahatlara, dövlətin sosial və humanizm siyasətinə, özəl sektorun, bütövlükdə ölkənin, cəmiyyətin inkişafına maneə yaradan hüquqi maneələrin aradan qaldırılması, məhkəmə-hüquq sisteminin müasir dövrün reallıqlarına, Azərbaycan dövlətinin təməl hüquqi prinsiplərinə uyğunlaşdırılması, dövlətin ədalətinin vətəndaşa münasibətdə başlıca amilə çevrilməsi.

Ekspert vurğulayıb ki, yuxarıda sadalanan bu istiqamətlərin özü də beynəlxalq təcrübədə konkret zaman kəsiyində həyata keçirilən islahatlar paketləri ilə müqayisəyəgəlməz dərəcədə çoxdur. Bu isə Prezident İlham Əliyevin islahatlar kursunun təkcə dövlət idarəçiliyinin deyil, eyni zamanda, cəmiyyətin özünü də yeni dövrün tələblərinə uyğunlaşdırmağa xidmət etdiyinin göstəricisidir. Prezident İlham Əliyevin islahatları yeni, modern, çevik, rəqabətədavamlı dövlət, rəqabətədavamlı cəmiyyət, rəqabətədavamlı vətəndaşın formalaşdırılmasına xidmət edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ