SON DƏQİQƏ
» » Prezidentdən icra başçılarına: Özünüz həll etməlisiniz...

Prezidentdən icra başçılarına: Özünüz həll etməlisiniz...

Tarix:

4-12-2019, 23:44

/ 1 330 dəfə oxundu.
Prezidentdən icra başçılarına: Özünüz həll etməlisiniz...

Rüstəm Xəlilov uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Əvvəlki dövrlərdə də böyük təcrübə toplamışdır. Əminəm ki, Hacıqabul rayonunda bu təcrübəni tətbiq edəcək və rayonun inkişafına töhfə verəcəkdir. Vüqar Novruzov gənc kadrdır və bir müddət Prezident Administrasiyasında işləyib, indi isə Xəzər rayonunda icra hakimiyyətinin müavini kimi işləyir. Yəni, bugünkü təyinat da mənim dediyim sözlərin təsdiqidir: təcrübə və gənclərin novatorluğu. Bax, bu sintez həm cəmiyyətdə mövcud olmalıdır, möhkəmlənməlidir, həm də iqtidar komandasında və bütün idarəetmə strukturlarında.

GunAz.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Hacıqabul rayonuna və Naftalan şəhərinə yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən bildirib.

"Təcrübəli kadrların bilikləri, hazırlığı, eyni zamanda, gənclərin novatorluğu, dinamizmi, yeniliklərə meyilliliyi - bu prinsiplərin vəhdəti uğurlu inkişafımızı bundan sonra da şərtləndirəcəkdir.

Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud bütün olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır. Təbii ki, problemlərin bir hissəsinin həlli mərkəzi icra orqanlarının səlahiyyətindədir. Belə olan halda, mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız, eyni zamanda, Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır və bu, sizin iş qrafikinizdə prioritet məsələ olmalıdır", - İ.Əliyev qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ