SON DƏQİQƏ

“Boz kardinal” - Az danışan, ancaq çox şeyi həll edən siyasətçi…

Tarix:4-11-2019, 08:00 Oxunub:1 060

Bu günlərdə sosial şəbəkələrdə “Boz kardinal” ifadəsinə tez-tez rast gəlmək olur...

Müxtəlif ölkələrin siyasətində əsasən kölgədə qalmağa üstünlük verən, lakin proseslərə dolayısı ilə çox ciddi təsir edən, hadisələri öz marağına uyğun yönləndirməyi bacaran şəxsiyyətlər var ki, onları “Boz kardinal” adlandırılar. Başqa sözlə, “Boz kardinal”lar pərdə arxasından dövlətin yönləndirilməsi üçün qərar qəbul verən və ya məsləhətçi qismində çıxış edən şəxslərdir.

Onlar çox az danışan, ancaq çox şeyi həll edən siyasətçi kimi dəyərləndirilirlər…

Bəs “Boz kardinal” sözü hardan yaranıb, ilk dəfə bu ad kimə verilib?

Modern.az saytının məlumatına görə, “Boz kardinal” ifadəsinin tarixi 17-əsrdən başlayır…

Belə ki, 1610-cu ildə Fransa imperatoru IV Henri  qətlə yetiriləndə onun oğlu XIII Lüdovikin cəmi 8 yaşı vardl. IV Henrinin ölümündən sonra dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdı.

Bu səbəbdən yetkinlik yaşına çatan kral XIII Lüdovik 1624-cü ildə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyeni ölkənin baş naziri vəzifəsinə dəvət edir.

Arman-Jan dyu Plessi de Rişelye tez bir zamanda kral hakimiyyətini gücləndirərək, ölkənin inkişaf mərhələsinə qədəm qoymasına nail olur, bu vəzifədə ölümünə qədər 18 il qalır. O zaman kardinal əslində dini bir vəzifə idi - kardinallar katolik kilsəsində Roma Papasından sonra ən yüksək vəzifəli şəxslər sayılırdılar.

Roma papasını məhz onlar – kardinallar seçirlər. XIII əsrdən kardinallara qırmızı papaq və qırmızı paltar geyinmək göstərişi verilmişdi. Bu, onların son damla qanlarınadək kilsəni müdafiə etməli olduqlarını simvolizə edirdi.

Xarakterik geyiminə görə Fransada xalq arasında Rişelyeyə “qırmızı kardinal” adı verilmişdi. Lakin Rişelyenin arxasında heç bir vəzifə tutmayan, amma bütün məsləhətlərini baş nazirin ciddi nəzərə aldığı Kapusinlər ordeninin sadə rahibi Josef ata dururdu. Onun əsl adı Fransua Lekler dyu Tramble idi. Bundan xəbəri olanlar rahib Jozef ataya kapusinlərin xarakterik geyimi-boz rəngli cübbəsinə görə “Boz kardinal” adı vermişdilər.

Həmişə boz rəngli cübbə geyinən rahib Josef ata baş nazir Rişelyenin qəbul etdiyi qərarların əsas müəllifi sayılırdı.

O zamandan hakimiyyətdə üzdə görünməyən, lakin arxada mühüm məsələlər üzrə qərarların qəbul edilməsində ciddi rol alan şəxslərə “Boz kardinal” deyirlər.

Sonralar da bu ləqəb adətən formal vəzifə daşıyan, üzdə fəal olmayan, amma arxada ciddi güc sahibləri hesab edilən şəxslərə verilib.

Müasir dövrümüzdə də “Boz kardinal”lar az deyil…

Məsələn, hazırda Rysiyada dövlət neft şirkəti olan “Rosneft”in prezidenti İqor Seçini “Kremlin boz kardinalı” adlandırırlar. Rusiya siyasətində qəbul edilən bir çox önəmli qərarların məhz İqor Seçinin təsiri ilə qəbul edildiyi bildirilir.

Qərb mətbuatı zaman-zaman Azərbaycanın cənub qonşusu İranda da “Boz kardinal”lardan yazıb. ABŞ-ın aparıcı nəşrlərindən olan “Foreign Policy” jurnalı iddia edir ki, hazırda İranda xarici siyasət üzrə real “şef” xarici işlər naziri Məhəmməd Zərif deyil, İranın ali dini lideri ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətidir. Onu İran liderinin plan və niyyətlərinin “tərcümanı” adlandırırlar. Əli Əkbər Vilayəti İran xarici siyasətinin “Boz kardinal”ı hesab olunur.

GunAz.az xatırladır ki, Azərbaycanda isə uzun müddət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu titulu daşıyıb. 1995-ci ildən bu vəzifəni tutan R. Mehdiyev bir neçə gün əvəl vəzifəsindən istefa verib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<