SON DƏQİQƏ
» » Şoyqu: Birgə müqavimət göstərməliyik – Prezidentlə görüş

Şoyqu: Birgə müqavimət göstərməliyik – Prezidentlə görüş

Tarix:

30-10-2019, 13:39

/ 1 346 dəfə oxundu.
Şoyqu: Birgə müqavimət göstərməliyik – Prezidentlə görüş

SSRİ xalqlarının ümumi hərbi tarixini yenidən yazmaq cəhdlərinə, Böyük Vətən müharibəsi hadisələrini təhrif cəhdlərinə qarşı müqavimət göstərmək lazımdır.

GunAz.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

“Əlbəttə, bu tarixi yenidən yazmaq cəhdlərinə, üstəlik qaliblərdən məğlublar, məğlublardan qaliblər düzəltməyə qarşı müqavimət üçün hər şeyi etmək lazımdır. Eyni şey bizim ölkəmiz üçün bu böyük, ağır müharibə zamanı törədilən cinayətlərə də aiddir”, – deyə o bildirib.

Şoyqu məhz buna görə Rusiyanın MDB nümayəndələrini Böyük Qələbənin 75 illiyi şərəfinə bayram tədbirlərinə dəvət etdiyini bildirib:

“Bütün həmkarlarımızı Moskvadakı bayram tədbirlərinə ona görə dəvət etdik ki, MDB ölkələrinin hərbi kontingentləri Qırmızı Meydandakı qələbə paradında iştirak etsinlər”.

Şoyqu, həmçinin, Azərbaycan hərbçilərinin bu tədbirdə iştirak edəcəyinə ümid etdiyini söyləyib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ