SON DƏQİQƏ

İlham Əliyev Kralla görüşdü

Tarix:

26-10-2019, 22:13

/ 683 dəfə oxundu.
İlham Əliyev Kralla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb.

GunAz.az xəbər verir ki, görüşdə Esvatininin Kralı Əlahəzrət III Msvati Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyəti vurğulandı. Müxtəlif sahələrdə, o cümlədən turizm, energetika, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ