SON DƏQİQƏ
» » Ölkəmizi məhv edirlər, başlarında İran dayanır - Nazir

Ölkəmizi məhv edirlər, başlarında İran dayanır - Nazir

Tarix:

26-10-2019, 14:45

/ 634 dəfə oxundu.
Ölkəmizi məhv edirlər, başlarında İran dayanır - Nazir

Bizim hərəkatımızın əsas prinsiplərindən biri müxtəlifliyimizi qoruyub saxlayaraq parçalanmanı aradan qaldırmaqdan ibarətdir. Ancaq biz bu gün bunun əksini müşahidə edirik. Mən bu gün burada ölkəmdə baş verən hadisələr haqqında danışmaq istəyirəm. İranın dəstəklədiyi husilər öz hücumlarına ara vermir. Onlar dövlətin konstitusiya quruluşunun məhv edilməsinə çalışırlar.

GunAz.az xəbər verir ki, bunu QH-nın sammitində çıxışı zamanı Yəmənin Xarici İşlər naziri Məhəmməd Əl-Hadrami bildirib:

“Husilərin hücumları heç bir əxlaq qaydalarına sığmır. Ölkəmdə vətəndaş müharibəsi gedir. Böyük infrastrukturlar sıradan çıxırılıb. Onlar bizin ölkəmizi məhv edirlər. Hər gün günahsız insanlar – qadınlar, uşaqlar, qocalar həlak olurlar. Ölkəmdə olduqca ağır humanitar vəziyyət yaranıb. Yəmən hökuməti böhranın nizamlanması üçün BMT-nin məruzəçisi Martin Qrifislə əməkdaşlıq aparır.

Biz çoxdan gözlənilən sülhün Yəməndə bərqərar olmasını istiqamətində işlər aparırıq. BMT-nin 2090 saylı qətnaməsində də açıq şəkildə vəziyyət təsvir edilib, amma bu günədək vəziyyət müsbətə doğru dəyişməyib.

Husi qiyamçıları Stokholmda keçirilən görüşə də məhəl qoymayıb, onlar öz hücumlarını davam etdirərək razılaşmanın mətini öz istədikləri kimi təsvir edirlər. Ancaq həmin cinayətkarların sığındığı Hodeyda şəhərindən bəyan edildi ki, onlar bu razılaşmaya qoşulmayacaqlar. Bu vəziyyət indiyədək dəyişməyib. Bizhəmçinin istərdik ki, Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən terror hücumları Qoşulmama Hərəkatı tərəfindən pislənilsin”.

Regionda vəziyyətin çox acınacaqlı olduğunu vurğulayan yəmənli nazir Səudiyyə Ərəbistanının Sənaya yardım edərək husilərə qarşı dirəniş göstərməkdə mühüm rol oynadığını vurğulayıb:

“Bizim ərazimizdə təhlükəsizliyin qorunmasında Ər-Riyadın rolu danılmazdır. Bu gün Yəməndə baş verənlər İranın bizim ölkəmizdə ekspansionist siyasət aparması ilə bağlıdır”.

Yəmən XİN başçısı daha sonra Fələstin məsələsinin hələ uzun müddət dünya gündəmində dayanacağını vurğulayıb: “Həmin məsələ on illər boyunca çözülməsi də aktuallığını itirməyib. Bu gün Fələstində də dözülməz vəziyyət yaranıb. Fələstin xalqı fundamental hüquqlardan məhrum olunublar. Onlar bu günədək öz müstəqil dövlətlərini yarada bilməyiblər”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ