SON DƏQİQƏ
» » Məmmədyarov bu ölkənin diplomatları ilə görüşdü

Məmmədyarov bu ölkənin diplomatları ilə görüşdü

Tarix:

25-10-2019, 22:08

/ 1 104 dəfə oxundu.
Məmmədyarov bu ölkənin diplomatları ilə görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Fələstin Dövlətinin Xarici İşlər naziri Riad Əl-Maliki ilə görüşüb.

XİN-dən GunAz.az-a verilən məlumata görə, görüşün əvvəlində Fələstin naziri Azərbaycanı QH-də sədrliyə başlaması, dövlət müstəqilliyinin 28 illiyi və G-77 qrupuna qoşulması münasibətilə təbrik edib.

Söhbət əsnasında məhz BMT-nin Nizamnaməsi və TŞ-nin qətnamələrinin dünyada mövcüd olan münaqişələrin və hər hansı ziddiyətli məsələlərin həlli üçün əsas təşkil etməsi vurğulanıb. Bu mənada, Azərbaycanın BMT, habelə İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində Fələstin xalqının hüquqlarının təmin edilməsinə yönəldilən səylərin dəstəkləndiyi qeyd olunub.

Həmsöhbətlər çoxtərəfli formatlarda əlaqələndirilmiş birgə səylər göstərilməsinin vacibliyini bildirərək, bunun beynəlxalq sülh və təhlükəsizliyə ciddi töhfə verə biləcəyi barədə ümumi qənaətə gəliblər.

Fələstin XİN-in başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə bu ali dəyərlərin təbliğ ediləcəyi, qlobal və regional sülh və əmin-amanlığa xidmət edəcəyindən əminliyi bildirərək, ölkəmizə uğurlar diləyib. Bu xüsusda, hazırkı Zirvə Görüşünün əlamətdar olduğunu və müasir dünyada olduqca vacib olan coxtərəfli əməkdaşlığın təşviq edilməsi üçün əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Nazir Elmar Məmmədyarov QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin və Cənub-Cənub əməkdaşlıq platforması çərçivəsində birgə səylərin əhəmiyyətinə diqqət yetirib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Xarici İşlər naziri Elmar Məmmədyarov həmçinin Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspor naziri Ayman Safadi və Sinqapurun Müdafiə və Xarici İşlər üzrə Baş dövlət katibi Mohamad Maliki bin Osmanla da görüş keçirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ