SON DƏQİQƏ
» » Əli Həsənov: Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik - VİDEO

Əli Həsənov: Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik - VİDEO

Tarix:

14-10-2019, 20:37

/ 1 254 dəfə oxundu.
Əli Həsənov: Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik - VİDEO

Dünyada islama və türkçülüyə düşmən olan güclər, mərkəzlər var. Onların fəaliyyətinin qarşısını almaq üçün Azərbaycan və Türkiyə mediası, eləcə də diasporu birgə fəaliyyət göstərməlidir. Bunu Bakıda keçirilən beynəlxalq media konfransında prezidentin köməkçisi Əli Həsənov deyib.

"Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar" Bakı beynəlxalq media konfransında prezidentin köməkçisi Əli Həsənov qeyd edib ki, 20 ildən çoxdur ki, münaqişə ilə bağlı BMT qətnamələri icra olunmur.Əli Həsənov dünyada bəzi güclərin ədalətin yox hansısa maraqların yanında olması səbəbindən Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını bildirib. O, həmçinin qeyd edib ki, məqsədlərə çatmaq üçün Azərbaycan və Türkiyə beynəlxalq aləmdə öz güclərini birləşdirməlidir.

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim bildirib ki, Bakıda səfərdə olmalarını iki əsas səbəbi var. Bunlardan birincisi Türk Şurasının 10-cu ildönümü, ikincisi, Türkiyənin haqlı olduğu Suriyada təhlükəsiz bölgə qurmaq üçün apardığı "Barış pınarı" əməliyyatıdır. Mehmet Ali Dim Türk Şurasına daxil olan dövlətlərin sayının artmasının zamanının tələbi olduğunu və Türkiyənin Suriyadakı əməliyyatına da dəstəyin ancaq eyni kökdən gələn dövlətlərdən gəldiyini bəyan edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da Türkiyənin Barış çeşməsi əməliyyatını tam dəstəklədiklərini və bu prosesin Türkiyə sərhədlərində sülhü, sabitliyi təmin edəcəyini vurğulayıb. Daha sonra tədbir panel müzakirələri ilə davam edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ