SON DƏQİQƏ
» » İsraildə Netanyahu və sağçılar üçün taleyüklü parlament seçkiləri başlayıb

İsraildə Netanyahu və sağçılar üçün taleyüklü parlament seçkiləri başlayıb

Tarix:

17-09-2019, 19:10

/ 1 159 dəfə oxundu.
İsraildə Netanyahu və sağçılar üçün taleyüklü parlament seçkiləri başlayıb

 Altı ay öncə Knesset seçkilərində yetərli qələbə qazana bilməyən Benyamin Netanyahu və onun başçılıq etdiyi Likud partiyası bütün əməyini bu gün keçirilən növbədənkənar seçkilərə sərf edib.

GunAz.az BBC-ə istinadla xəbər verir ki, İsraildə növbədənkənar Knesset seçkilərinə bu gün start verilib.

Bu seçkilərdə sağçı Likud partiyası ilə "Mavi-Ağ " siyasi bloklu, eləcə də sabiq müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi "Evimiz İsrail" partityası və sairləri rəqabət aparır.

Qeyd edək ki, ötən Knesset seçkilərində Likud partiyası digərlərini arxada qoysa da parlamentdə 120 kürsüdən 61-i əldə edə bilməmiş və daha sonra koalisiya hökumətini yaratmaqda aciz qalmışdı.

Ekspertlər bildirir ki, Netanyahu bu seçkilərdə məğlub olarsa, İsrail məhkəmələrinin ona qarşı korrupsiya ilə bağlı qaldırdıqları işlər məsələsində həbs edilə bilər. Ona görə bu seçkilər Benyamin Netanyahu üçün taleyüklü hesab edilir.

Xatırladaq ki, B. Netanyahu seçkilərin təbliğat kompaniyasında fələstinlilərə qarşı bir sıra ərazi iddiaları ilə çıxış edərək, Livan, İraq və Suriyada "İran mövqelərini" hədəfə aldığını bildirərək, sağçıların səsini cəlb etməyə çalışıb. O, son çıxışlarının birində vəd verib ki, baş nazir olsa İordan çayının qərbinin bəzi bölgələrində İsrailin hakimiyyəti və suverenliyini təmin edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ