SON DƏQİQƏ

Tramp və Ruhani görüşəcəkmi?

Tarix:

16-09-2019, 08:32

/ 1 205 dəfə oxundu.
Tramp və Ruhani görüşəcəkmi?

Rəsmi Vaşinqton və Tehran arasında münasibətlərin növbəti gərginliyinə baxmayaraq, ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasının gedişatında iranlı həmkarı Həsən Ruhani ilə görüşü hələ istisna etmir.

GunAz.az xəbər verir ki, bu barədə Donald Trampın müşaviri Kellienn Konuey deyib.

Konueyin sözlərinə görə, Tramp görüş imkanına baxmağa hazırdır. "Amma prezidentin saziş bağlaması və ya görüşdə iştirak etməsi üçün həmişə vacib şərtlərin olması zəruridir", - deyə Konuey əlavə edib.

 

 

"O, (Tramp-red) həmçinin, bilir ki, əgər maksimal təzyiq kampaniyası, İranın nüvə sazişindən çıxması, bir neçə gün əvvəl maliyyə naziri və dövlət katibi tərəfindən Ağ Evdən yeni sanksiyaların elan edilməsi də daxil olmaqla, bu münasibətlərə aid olan bütün başqa atribut yoxdursa, insanlarla görüşmək lazım deyil", - Konuey əlavə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ