SON DƏQİQƏ
» » Türkiyə Səudiyyə XİN rəhbərinin Kiprə səfərini tənqid edib

Türkiyə Səudiyyə XİN rəhbərinin Kiprə səfərini tənqid edib

Tarix:

13-09-2019, 18:10

/ 1 974 dəfə oxundu.
Türkiyə Səudiyyə XİN rəhbərinin Kiprə səfərini tənqid edib

 Türkiyə prezidentinin müşaviri Yasin Oktay Səudiyyə Ərəbistanın xarici işlər naziri İbrahim əl-Assafın Kiprə səfərini qınayıb.

GunAz.az  Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə prezidentinin müşaviri Yasin Oktay bunu TRT-ə müsahibəsində deyib.

Türkiyə rəsmisi bildirib ki, Səudiyyə XİN rəhbərinin Kipr Respublikasına səfəri iki ölkə arasında olan əlaqələrə və münasibətlərinə ziddir və heç bir məntiqi əsası da yoxdur.

Y. Oktay müsahibəsi əsnasında Səudiyyə Ərəbistanını müsəlmanlardan uzaqlaşdığı və İsrailə yaxınlaşdığını deyib.

Qeyd edək ki, Səudiyyə XİN rəhbəri iki gün öncə Kiprə səfəri zamanı bu ölkənin suverenliyi və legitimliyini tanıdığını bildirib. 

скачать dle 12.1

Şərhlər