SON DƏQİQƏ
» » Əli Həsənovun adaşına müraciətində 10 məqam!

Əli Həsənovun adaşına müraciətində 10 məqam!

Tarix:

4-09-2019, 07:47

/ 1 373 dəfə oxundu.
Əli Həsənovun adaşına müraciətində 10 məqam!

Azərbaycan Prezidentinin köməkçisi prof.dr. Əli Həsənovun AXCP sədri Əli Kərimlinin yeni “feyk statusu”na öz sanballı “feys statusu” ilə verdiyi cavabı oxudum. (“Feyk” sözü burada saxta profili, gizlədilmiş adı deyil, mətnin içindəki saxtalığı, qeyd edilənlərin qeyri-düzgünlüyünü ifadə edir).

Qısa müddətdə 220 paylaşım edilmiş status özündə nələri ehtiva edir? Nələri fərqləndirmək olar? Məncə, bu:

1) ilk növbədə bir mühüm vəzifəli rəsmi şəxsin, dövlət xadiminin açıqlamasıdır;

2) alim ümumiləşdirməsidir;

3) bir ictimai-siyasi xadim (və vətəndaş!) mövqeyidir;

4) ən yeni dövr tariximizin mövzu üzrə yığcam şərhidir;

5) ağrılı problemimizə aydın baxışdır (və bu baxış ümidsiz, inamsız deyil!);

6) bir təsbitdir, ümumiləşdirmədir, gerçəkliyi acısı-şirini ilə şəkilləndirməkdir;

7) qəflətdən ayılmağa dəvətdir;

8) hakim komandanın üzvü kimi açıq fikirli, aydın mövqeli – nümunəli davranışdır (sərt­liyi və digər məziyyətləri vahid universallıqda tamamlamaqdır);

9) bir azərbaycanlı siyasətçinin özü özünə cızdığı aqibətə acımaqdır həm də: “Əli Kərimli, tarix məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi. Siyasi bioqrafiyanız çoxdan bitib, siz indi adi bloger kimi maraq doğurursuz...”;

10) Əli müəllimin adaşına müraciəti həm də dövlət nəzakətinin özünəməxsus ifadəsidir; bir daha konstruktiv yola, müəyyənliyə çağırışdır...

Əlbəttə, bu sıralamanı, siyahını bir xeyli uzatmaq da olar; ancaq elə bilirəm, sıra­lamanı nəinki artırmaq, hətta azaldıb 10 deyil, 5 də etsək, mahiyyət dəyişməyəcək. Azərbaycan Prezidentinin köməkçisinin müxalif siyasətçiyə cavabında vurğulanan məqamlar bir daha və bir daha, dövlətçilik şüurunu önplanda olmasının zəruriliyini, dövlətin siyasi ehtiras, pafos siyasəti ilə deyil, dərin düşüncə ilə, təmkinlə idarə edildiyini ifadə edir. Dövlət idarə etmək partiya idarə etmək deyil; o da ola heç partiyanı düz-əməlli idarə edə bilməyib, param-parça edənə söz deyəsən...

Əkbər Qoşalı

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ