SON DƏQİQƏ
» » Ekspert: Paşinyan Qarabağın ilhaqını bəyan etməklə “Qarabağ klanı”nın revanşının qarşısını almağa çalışır

Ekspert: Paşinyan Qarabağın ilhaqını bəyan etməklə “Qarabağ klanı”nın revanşının qarşısını almağa çalışır

Tarix:

6-08-2019, 22:04

/ 1 209 dəfə oxundu.
Ekspert: Paşinyan Qarabağın ilhaqını bəyan etməklə “Qarabağ klanı”nın revanşının qarşısını almağa çalışır

Rəsmi Bakının beynəlxalq ictimaiyyətdən Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını tələb etməyə haqqı var. Çünki bu ölkənin Baş naziri Nikol Paşinyan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ regionunun Ermənistana ilhaqını açıq şəkildə dəstəkləyir.

Bunu GunAz.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, N.Paşinyanın Xankəndidəki nitqi faktiki olaraq dövlət liderinin proqram çıxışıdır:

“Bakı indiki halda ATƏT-in Minsk qrupu tərəfindən Yerevana qarşı sərt tənqidə ümid edə bilər. Həmsədrlər Paşinyanın bu cür bəyanatlarına reaksiya verməlidirlər, çünki söhbət burada özgə ərazinin ilhaq edilməsindən gedir. Bakı mövcud bənzər presedentlərdə olduğu kimi Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını tələb edə bilər”.

İ.Vəlizadə qeyd edib ki, N.Paşinyan mahiyyət etibarilə Ermənistanın Azərbaycan torpaqlarının işğal olunmasına görə məsuliyyət daşıdığını etiraf edib:

“Paşinyan özünün populist ritorikasında Ermənistanın indiki hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilər üzrə mövqeyini açıq şəkildə ifşa etdi. Həmin mövqe ondan ibarətdir ki, Yerevan Dağlıq Qarabağı Ermənistanın bir hissəsi hesab edir. Bu, münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlar prosesinin bütün konstruksiyasını əsaslı şəkildə dəyişir. Əgər daha əvvəl Ermənistanın Dağlıq Qarabağa kömək etdiyi hesab edilirdisə, indiki vəziyyətdə Yerevan Dağlıq Qarabağ və qonşu rayonların işğalına görə məsuliyyəti rəsmi olaraq üzərinə götürüb”.

Onun fikrincə, Yerevan tutduğu mövqeyə görə həm Azərbaycan, həm də həmsədr ölkələr daxil olmaqla beynəlxalq ictimaiyyət qarşısında izahat verməli olacaq:

“Belə çıxır ki, erməni tərəfi 20 ildən artıqdır bütün dünya birliyini barmağına dolayıb. Çünki Ermənistan yalnız Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini bəyan edirdi. İndi isə Paşinyan faktiki olaraq öz mövqeyini rədd edir və bu, həm də danışıqlar prosesinin mahiyyətini itirir”.

Politoloqun sözlərinə görə, aparılan danışıqların mahiyyəti Azərbaycan və Ermənistan tərəflərinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ümumi konsensusa gəlmə yollarını axtarmaqdan ibarətdir:

“İndiki halda heç bir konsensusdan danışmaq mümkün deyil. Ermənistan Azərbaycanın maraqlarını diqqətə almaqdan imtina edir, çünki Paşinyan bəyanatında dedi ki, “bizim üçün qondarma Dağlıq Qarabağ “xalqı”nın və Ermənistan xalqının mövqelərini müdafiə etmək vacibdir”.

İ.Vəlizadə vurğulayıb ki, Ermənistan Baş nazirinin belə bəyanatları Qarabağ münaqişəsi zonasında vəziyyəti kəskin gərginləşdirə bilər:

“Paşinyan işğal olunmuş Dağlıq Qarabağda qondarma “yerli özünüidarəetmə orqanları”na gözlənilən “seçkilər” ərəfəsində belə çıxış edib. Paşinyan üçün həmin “orqanlar”a öz adamlarının gəlməsi vacibdir, buna görə də onun çıxışı yerli əhalinin dəstəyini qazanmağa hesablanmışdı. Unutmayaq ki, gələn il bu marionet separatçı bölgədə qondarma “prezident seçkiləri” keçiriləcək. Buna görə də Paşinyana lazımdır ki, “yerli özünüidarəetmə orqanları”na keçiriləcək “seçkilər”də onun siyasi platformasının tərəfdarlarının səs çoxluğu təmin edilsin. Bu, Paşinyana 2020-ci ildə Dağlıq Qarabağda qondarma “prezident seçkiləri”ndə “Qarabağ klanı”nı qələbə qazanmaq şanslarından məhrum etməyə imkan verərdi”.

Ekspert əlavə edib ki, N.Paşinyan əslində özünü riskə atır:

“Paşinyanın davranışı eks-prezident Robert Koçaryanın indiki hakimiyyətin əleyhdarlarının payızda birləşməsini anons etməsi ilə daha çox izah edilir. Ola bilsin ki, payız aylarında Yerevanda hansısa siyasi platformalar təşkil olunsun. Onların məqsədi Koçaryan tərəfdarlarının hakimiyyətə gəlməsidir, yəni “Qarabağ klanı”nın revanşıdır. Paşinyanın məqsədi isə rəqiblərini qabaqlamaq və onları güclü elektoral bazanı hazırlamaq imkanından məhrum etməkdir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ