SON DƏQİQƏ
» » Ramin Quluzadə Gəncədə vətəndaşları qəbul edib

Ramin Quluzadə Gəncədə vətəndaşları qəbul edib

Tarix:

13-07-2019, 16:49

/ 1 945 dəfə oxundu.
Ramin Quluzadə Gəncədə vətəndaşları qəbul edib

 Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Gəncədə vətəndaş qəbulu keçirib. Vətəndaşlarla görüş mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin iyul ayında vətəndaşları qəbulu cədvəlinə əsasən təşkil olunub.

Qəbuldan öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. 
Görüş zamanı Gəncə və Goranboy sakinlərinin nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Nazir vətəndaşların şikayət və təkliflərini diqqətlə dinləyərək müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra vətəndaş müraciətləri yerindəcə həll edilib.

Həlli Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlərlə bağlı vətəndaşlara izahat verilib, həmin müraciətlər aidiyyəti qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

Qəbuldan sonra keçirilən müşavirədə vətəndaş müraciətlərinə dair geniş müzakirə aparılıb, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyi vurğulanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ