SON DƏQİQƏ
» » Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Tarix:

11-07-2019, 12:45

/ 1 922 dəfə oxundu.
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

 Prezident İlham Əliyev Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanı bu ölkənin milli bayramı münasibəti ilə təbrik edib.

GunAz.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim sülh və rifah diləyirəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ