SON DƏQİQƏ
» » Prezident: Bu il altı mindən çox köçkün ailəsinə yeni mənzillər veriləcək

Prezident: Bu il altı mindən çox köçkün ailəsinə yeni mənzillər veriləcək

Tarix:

5-07-2019, 22:39

/ 1 439 dəfə oxundu.
Prezident: Bu il altı mindən çox köçkün ailəsinə yeni mənzillər veriləcək

Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək.

Bunu Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.

Onun sözlərinə görə, bu günə qədər yararsız binalarda yaşamış köçkünlər indi bu binalarda yaşayacaqlar: “Bu gün çox əlamətdar bir gündür. Pirallahı rayonunda məcburi köçkünlər üçün gözəl evlər istifadəyə verilir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl hadisədir. Keyfiyyətli tikilib. Bu, bir daha onu göstərir ki, dövlət məcburi köçkünlərə çox böyük qayğı, diqqət göstərir. Son illərdə böyük işlər görülüb, həm Bakı şəhərində, həm də bütün bölgələrdə. Məcburi köçkünlərin məişət problemləri uğurla həll olunur. Pirallahı rayonunda yaşayan köçkünlər üçün bu gün bu binaların istifadəyə verilməsi bunu bir daha göstərir. Gözəl mənzillər, məktəb - bütün bunlar bir daha onu göstərir ki, dövlət bu məsələ ilə bağlı çox ciddi tədbirlər görür. Burada isə 306 ailə üçün gözəl şərait yaradılıb. Sizi bir daha bu hadisə münasibətilə ürəkdən təbrik edirəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ