SON DƏQİQƏ
» » XİN-dən Dağlıq Qarabağda keçirilən futbol turnirinə reaksiya

XİN-dən Dağlıq Qarabağda keçirilən futbol turnirinə reaksiya

Tarix:

1-06-2019, 23:31

/ 269 dəfə oxundu.
XİN-dən Dağlıq Qarabağda keçirilən futbol turnirinə reaksiya

Ölkəmizin işğal olunmuş ərazilərində keçirilən, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən qeyd etdiyiniz oyunlar futbolun parodiyasından başqa bir şey deyil. 

GunAz.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva 1 iyun tarixində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində “müstəqil futbol assosiasiyaları konfederasiyası”nin (ConİFA) futbol oyunu ilə bağlı suala cavabında deyib. 

“Mən bu məsələyə əhəmiyyət verib çox danışmaqla onun təşviqinə xidmət etmək istəmirəm. Bildiyiniz kimi, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bununla bağlı etirazını bildirib. Bu oyunlarda iştirak edənlər sırasında olan Laplandiyanın adı mənə “qarlar ölkəsi” ilə bağlı nağılları xatırladır. Əslində elə erməni psixologiyası nağıllar və əfsanələr üzərində qurulub və onlar buna inanırlar”, - deyə o vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ